Research papers


Tamilə Oqtay qızı Həsənova



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə164/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   160   161   162   163   164   165   166   167   ...   246
elmi-eserler-2022-2-cap

Tamilə Oqtay qızı Həsənova
 
134 
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
 
də başı kəsildiyini söylədi. Sonra daha iki azər-
baycanlının gözləri çıxarıldığını nəql etmişdilər. 
Ermənilər Xocalıdakı hücum zamanı qada-
ğan olunmuş 5.45 çaplı patron və kimyəvi silah-
dan istifadə etmişdilər. Bütün bunlar Ermənistan 
tərəfindən Cenevrə Konvensiyasının protokolla-
rının pozulması və mülki əhaliyə qarşı soyqırı-
mın həyata keçirilməsi faktını təsdiqləyir. 
Xocalı soyqırımına beynəlxalq ölkələrdən 
gələn reaksiyalar. 
Xocalı soyqırımının xüsusi 
amansızlıqla törədilməsi rusları, gürcüləri, ingi-
lisləri, fransızları, almanları, amerikalıları və 
başqa ölkələrin vətəndaşı olan digər jurnalistləri 
və publisistləri dəhşətə gətirmişdir. 
Xocalı qaçqınlarının BMT, Avropa Birliyi 
Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraci-
ətində deyilir: “Artıq 10 ildən çoxdur ki, biz Xo-
calı qaçqınları kimi ürəyimizdə ağrılarla və eyni 
zamanda, böyük ümidlə bütün sülhsevər xalqla-
ra, bütün beynəlxalq təşkilatlara müraciət edirik. 
Erməni hərbi təcavüzü nəticəsində başımıza gə-
lən bəlaya biganə qalmamağınızı xahiş edirik. 
İnanırıq ki, BMT, AB və ATƏT kimi dünyanın 
nüfuzlu beynəlxalq təşkilatları, sülhsevər ölkələr 
Ermənistan kimi bir dövlətin təcavüzünə və öz-
başınalığına qarşı tədbirlər görəcəklər”. 
Dünyada qəbul edilmiş beynəlxalq kon-
vensiyalar, dünya qanunları Xocalı faciəsi kimi 
soyqırım aktlarını pisləyir, qəbuledilməz olduğu-
nu bildirir. Azərbaycan xalqı 9 dekabr 1948-ci il 
tarixli “Soyqırımı Cinayətinin qarşısının alınması 
və cəzalandırılması” Konvensiyasını rəhbər tuta-
raq, Ermənistan Respublikasına qarşı BMT-nin 
Beynəlxalq Ədalət Məhkəməsinə iddia qaldır-
maq hüququna malikdir. Dünya bilməlidir ki, bu 
cinayət yalnız Azərbaycan xalqına deyil, eyni za-
manda, bütün insanlığa qarşı yönəldilmişdir. Bu 
gün Ermənistanda yüksək vəzifələr tutan insan-
lar: Seyran Ohanyan, Serj Sarkisyan, eləcə də 
Robert Köçəryan və digərləri, soyqırımı həyata 
keçirənlər olaraq beynəlxalq məhkəmə qarşısında 
cavab verməlidirlər.” 
Əlbəttə ki, bu növ insanlığa qarşı cinayət-
lər cəzasız qalmamalıdır. Ermənistanın hərbi-si-
yasi təcavüzü dünya birliyi tərəfindən günahlan-
dırılmalıdır. Beynəlxalq təşkilatlar, dünya ölkə-
lərinin parlamentləri, Ermənistan Respublikası-
nın Azərbaycan ərazisində törətdiyi Xocalı soy-
qırımına həqiqi bir soyqırım kimi beynəlxalq
siyasi və hüquqi qiymət verməlidirlər [5, s. 2]. 
“Soyqırım” anlayışının hüquqi mənası 
BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 
260 A (III) saylı qətnaməsi ilə qəbul edilmiş 
“Soyqırımı Cinayətinin qarşısının alınması və 
cəzalandırılması haqqında” Konvensiya ilə 
müəyyən edilir. Bu Konvensiyanın əsas müddə-
aları aşağıdakılardır: 
– belə bir qrup üzvlərinin öldürülməsi; 
– belə bir qrup üzvlərinə ciddi bədən xəsa-
rəti və ya ruhi zərər vurmaq
– tam və ya qismən fiziki məhv edilməsi 
üçün nəzərdə tutulmuş yaşayış şəraitinin hər 
hansı bir qrupu üçün qəsdən yaradılması; 
– belə bir qrupun mühitində uşaq doğma-
ğın qarşısını almaq üçün hazırlanmış tədbirlər; 
– uşaqların bir insan qrupundan digərinə 
zorla köçürülməsi. 
Soyqırım cinayəti üçün xüsusi niyyət zə-
ruri bir element sayılır. Bu obyektiv xüsusiyyət 
soyqırım cinayətini digər oxşar beynəlxalq cina-
yətlərdən fərqləndirir. Soyqırım cinayətini təşkil 
edən əməllərin hər biri qəsdən və əvvəlcədən 
hazırlanmışdır. Bu hərəkətlər heç bir halda təsa-
düfən və ya səhlənkarlıq nəticəsində törədilə 
bilməz. Eyni zamanda, bu cür hərəkətləri etmək 
niyyətləri və mümkün nəticələrinin ümumi mə-
lumatlandırılması onları soyqırım kimi qiymət-
ləndirmək üçün kifayət deyil. Burada cinayət 
niyyətinin və ya hərəkətin mənfi nəticələri ilə 
əlaqəli xüsusi bir niyyətin müəyyənləşdirilməsi 
tələb olunur. Qaçmağa çalışan mülki Azərbay-
can əhalisinin xüsusi hazırlanmış pusqularından 
pulemyotlardan, bombalardan və digər silah 
növlərindən atəş açılması soyqırım niyyətini bir 
daha sübut edir. 
Bu cinayət və soyqırım hadisəsi birmənalı 
şəkildə Azərbaycan xalqına və milli qrupuna 
qarşı yönəlmişdir. 
Soyqırım cinayətini təhlil edərkən onun üç 
əsas hissəsi müəyyən edilir: 
– bilinən bir milli, etnik, irqi və ya dini 
qrupun olması; 
– belə bir qrupu tamamilə və ya qismən 
məhv etmək niyyətinin olması; 
– soyqırım kimi şərh olunan hər hansı bir 
hərəkətin (actus reus) tanınmış bir qrupa aid 
edilməsi. 
Nəticə olaraq, bir soyqırım aktı mütləq 
milli, etnik, irqi və ya dini qrupa qarşı yönəldil-
məlidir. Başqa bir qrupa, məsələn, siyasi və ya 



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin