Tamilə Oqtay qızı Həsənova
132
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
TARĠXĠN TƏDRĠSĠ METODĠKASI
МЕТОДИКА ПРЕПОДАВАНИЯ ИСТОРИИ
METHODS OF TEACHING HĠSTORY
UOT 008:316.34/.35
Tamilə Oqtay qızı Həsənova
fəlsəfə doktoru proqramı üzrə dissertant
Bakı Dövlət Universiteti
https://orcid.org/0000-0002-3829-920X
XOCALI FACĠƏSĠ – TARĠXĠ GENOSĠDDĠR
Тамила Огтай гызы Гасанова
диссертант по программе доктора философии
Бакинский Государственный Университет
ХОДЖАЛИНСКАЯ ТРАГЕДИЯ – ЭТО ИСТОРИЧЕСКИЙ ГЕНОЦИД
Tamila Ogtay Hasanova
doctorial student in the program of doctor of philosophy
Baku State University
THE KHOJALY TRAGEDY IS A HISTORICAL GENOCIDE
Xülasə.
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi düşmüşdür.
Təsadüfi deyildir ki, Xocalı soyqırımının 10-cu ildönümündə Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyev Azərbaycan xalqına öz müraciətində bu ifadələri səsləndirmişdir: “Bu vəhşicəsinə həyata keçirilən
soyqırım aktı bəşəriyyət tarixinə ən dəhşətli kütləvi terror aktlarından biri kimi düşməkdədir”.
Xocalı soyqırımı zamanı 613 nəfər öldürülmüş, aldığı güllə yaralarından müxtəlif yaşda 1000 mülki
şəxs əlil olmuşdur. 106 qadın öldürülmüş, 63 gənc, uşaq, 70 qoca, 8
ailə tamamilə məhv edilmiş, 25 uşaq hər
iki valideynini itirmiş, 130 uşağın isə valideynlərindən biri həlak olmuşdur. Faciə gecəsi 1275
mülki şəxs
əsir götürülmüş, onlardan 150-nin taleyi isə hələ də məlum olmamışdır. Bütün bunlar erməni hərbçiləri tərə-
findən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir.
Dostları ilə paylaş: