Research papers


Orta məktəbdə Fizika fənninin öyrədilməsində təlim tədqiqatları



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə158/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   154   155   156   157   158   159   160   161   ...   246
elmi-eserler-2022-2-cap

Orta məktəbdə Fizika fənninin öyrədilməsində təlim tədqiqatları 
129 
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 
mərəli qurulmasına və möhkəm bünövrə üzərin-
də ucalmasına səbəb olmuşdur. 
Ölkəmizdə aparılan məqsədyönlü iqtisadi 
siyasət nəticəsində dövlət büdcəsinin ilbəil art-
ması təhsilə ayrılan xərclərin xüsusi çəkisinə 
əhəmiyyətli dərəcədə təsir göstərmişdir ki, bu 
da məktəb tikintisinin geniş vüsət almasına, 
ümumtəhsil məktəblərinin maddi bazasının 
möhkəmlənməsinə, tədrisin təkmilləşdirilməsi-
nə və təlimin keyfiyyətinin yüksəldilməsinə əl-
verişli imkanlar yaratmışdır. 
Təhsil Nazirliyinin müstəsna təşkilatçılığı 
ilə həyata keçirilən demokratikləşdirmə, huma-
nistləşdirmə, inteqrasiya, diferensiallaşdırma və 
humanitarlaşdırma prinsiplərinə əsaslanan geniş 
layihələr təhsilimizin məzmununun yeniləşmə-
sinə təkan vermişdir. 
Azərbaycan Respublikasında ümumtəhsil 
məktəbləri üçün fizika fənninin kurikulumu fizi-
ka təliminin əsas məqsəd və vəzifələrini müəy-
yənləşdirməklə ümumi təlim nəticələrinə nail 
olmaq istiqamətində bütün fəaliyyətləri əks etdi-
rən, cəmiyyətin ehtiyac və tələbləri nəzərə alın-
maqla hər bir şagirdin imkan və maraqlarına in-
kişaf etdirilməsinə nail olmalıdır. Bu fənnin 
əhəmiyyətini, məqsəd və vəzifələrini, ümumi tə-
lim nəticələrini, məzmun xətləri və onların əsas-
landırılmasını, məzmun xətləri üzrə standartları, 
fəaliyyət xətlərini, təhsil pillələri üzrə ümumi 
təlim nəticələrini, hər bir sinif üzrə məzmun 
standartlarını əhatə edir. Bunlardan əlavə, orada 
təlim strategiyaları və qiymətləndirmə məsələlə-
ri öz əksini tapır. 
Fizika kurikulumu dərslik və dərs vəsait-
lərinin, metodik göstəriş, multimedia və digər 
tədris vasitələrinin yaradılması, təlim material-
larının planlaşdırılması, təlim üsullarının müəy-
yənləşdirilməsi və tətbiq olunması üçün müva-
fiq təlimatlar formasında hazırlanacaq qaydala-
rın əsasını təşkil edir, milli və ümumbəşəri də-
yərləri nəzərə almaqla tərtib olunur. Orada şəx-
siyyətyönlülük, nəticəyönlülük və inkişafetdiri-
cilik əsas keyfiyyətlər kimi nəzərə alınır. 
Fizika kurikulumu cəmiyyətin inkişafının 
əsas hərəkətverici qüvvəsi olan gənc nəslin döv-
rün tələblərinə uyğun formalaşdırılması, qarşı-
laşdıqları problemləri müəyyənləşdirməsi və 
həll etməsi üçün zəruri bilik və bacarıqlara yiyə-
lənməsində, politexnik təhsilini inkişaf etdir-
məklə praktik həyata hazırlanmalarında, məntiqi 
və yaradıcı təfəkkürünün inkişaf etdirilməsində 
əhəmiyyətli rol oynayır. 
Fizika həyat elmidir. Həyatın bir sıra qa-
nunları, qanunauyğunluqları bu elmin tədqiqat 
obyekti kimi araşdırılır. Şagirdlərin hələ məktəb 
yaşlarından bu qanun və qanunauyğunluqlara, 
müxtəlif fiziki hadisələrə yaxından bələd olması 
onların həyat, təbiət haqqında dünyagörüşünü 
artırmaqla yanaşı, cəmiyyətdə yaşamaq üçün bir 
sıra həyati bacarıqları mənimsəmələrinə imkan 
yaradır. Cəmiyyətin müxtəlif sahələrində həyat-
da bir insan kimi formalaşmalarına təkan verir. 
Bu prosesi tənzimləmək şagirdlərin inkişafını 
ardıcıl olaraq izləmək, onları istiqamətləndir-
mək üçün fizika fənninin məzmunu nəticələr 
formasında təqdim olunur. Mahiyyət etibarı ilə 
bacarıqlardan ibarət olan bu nəticələr ölçülə bil-
diyindən, məzmun standartı kimi qəbul edilərək 
fizika fənn kurikulumunda aparıcı yer tutur və 
bütövlükdə kurikulum üçün xarakterik cəhətlər-
dən biri olan nəticəyönlülüyü təmin edir. 
Fizika kurikulumunda sadəcə anlayışların 
deyil, bacarıq formasında ifadə edilmiş nəticələ-
rin bir-biri ilə, eləcə də digər fənlərə aid nəticə-
lərlə əlaqələndirilməsinə xüsusi diqqət yetiril-
miş, onlar xüsusi cədvəl şəklində ümumiləşdiril-
mişdir. Bu, kurikuluma inteqrativ xarakter gətir-
məklə onun fənlər üçün vahid olan bir məqsədə 
– bütöv şəxsiyyətin formalaşdırılmasına yönəl-
miş sənəd kimi dəyərini gücləndirmişdir. 
Fizika fənn kurikulumu həm də müəllim 
və şagird, eləcə də qiymətləndirmə fəaliyyətləri-
ni özündə ehtiva etməklə kompleks xarakter da-
şıyır. O, bütövlükdə fizika təlimi prosesinin ni-
zamlanması, həyata keçirilməsi üçün geniş im-
kanlara malik olması ilə fərqlənir. Fizikanın öy-
rənilməsi prosesində dərslik müəllifinin, məktəb 
rəhbərinin, müəllim və şagirdlərin, valideynlə-
rin, eləcə də marağı olan hər kəsin tələbatlarına 
uyğun açıq bir sistemə malik olur. Bu sistem ar-
dıcıl olaraq yeniləşməklə inkişaf edir. 
Təbiətdə müşahidə olunan bütün proses və 
hadisələr müəyyən qanunlar əsasında baş verir. 
Bütün elmlərin əsas məqsədi proses və hadisə-
lərdə qanunauyğun əlaqələri aşkar etmək və öy-
rənməkdən ibarətdir. 
Fizika təbiət haqqında elm olub materiya-
nın müxtəlif formalarını, onun xassələrini və 
qarşılıqlı çevrilmələrini öyrənir. Fizikanın qanu-
nauyğunluqları təbiətdə baş verən bütün hadisə-



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin