Research papers


Mehriban Namiq qızı Əhmədova



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə159/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   155   156   157   158   159   160   161   162   ...   246
elmi-eserler-2022-2-cap

Mehriban Namiq qızı Əhmədova 
130 
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
 
lərin, cansız və canlı materiyanın qarşılıqlı əla-
qələrinin öyrənilməsində, elmi-texniki tərəqqi-
nin inkişafında aparıcı rol oynayır. Buna görə də 
fizika fənninin öyrənilməsi şagirdlərə digər təbi-
ət elmlərinin mənimsənilməsinə, təbiət hadisələ-
rinə, elm, texnika və istehsalatın müxtəlif sahə-
lərinə yaxından bələd olmaq imkanı verir. 
Fizika anlayışları mənimsəməklə şagirdlər-
də idrak qabiliyyətinin inkişafına, elmi dünyagö-
rüşün formalaşmasına, iradə və xarakterin tərbiyə 
edilməsinə, müşahidəetmə, məntiqi düşünmə, də-
qiqləşdirmə, analiz və sintez, mühakimə yürüt-
mə, problemi müəyyənləşdirmə, həlletmə və s. 
bacarıqların formalaşmasına zəmin yaradılır. Bu 
isə şagirdlərdə empirik, politexnik, məntiqi, tən-
qidi, yaradıcı təfəkkürü formalaşdırır. 
Bəşəriyyət yaranan gündən insanlar öz ya-
şayış tərzini yaxşılaşdırmaq, əməyini yüngülləş-
dirmək, istehsal sahələrini genişləndirmək, ölkə-
nin müdafiə sistemini qurmaq, yeni enerji mən-
bələri axtarmaq, təbiət hadisələrini müşahidə 
edərək baş verə biləcək təbii fəlakətləri qabaq-
cadan proqnozlaşdırmaq və qarşısını almaq kimi 
müxtəlif həyati məsələlərin həllini axtarmışlar. 
Nəticədə yeni-yeni ixtiralar və kəşflər meydana 
gəlmişdir. Bütün bunlar fizika elminin inkişafı, 
onun qanunları və qanunauyğunluqları sayəsin-
də mümkün olmuşdur. Cəmiyyətin sosial-iqtisa-
di inkişafı fizikanın nailiyyətləri ilə əlaqəli su-
rətdə elə qurulmuşdur ki, hal-hazırda müasir hə-
yatı fizikasız təsəvvür etmək mümkün deyildir. 
Belə ki, sənayeyə, kənd təsərrüfatına, nəqliyyat 
və rabitəyə, informasiya kommunikasiya texno-
logiyalarına, mədəniyyətin müxtəlif sahələrinə, 
təbabətə və insanların məişətinə geniş tətbiq 
olunan texnikanın sürətli inkişafı, müxtəlif tex-
niki qurğuların hazırlanması və istismarı kəşf 
olunan, öyrənilən hadisələrin və təbiət qanunla-
rının tətbiqinə əsaslanır. Məhz buna görə də fi-
zikanı öyrənmək cəmiyyətin bütün üzvlərinə: 
fəhləyə, kənd təsərrüfatı işçisinə, texnikə, texno-
loqa, mühəndisə, konstruktora, neftçiyə, geolo-
qa, həkimə, xalq təsərrüfatının müxtəlif sahələ-
rində çalışan digər peşə sahiblərinə lazımdır. 
Müharibə şəraitində yaşayan ölkə vətəndaşları-
nın vətənpərvər ruhda tərbiyə olunması, hərbi 
texnikanın sirlərinə yiyələnməsi üçün orta 
ümumtəhsil məktəblərində fizikanın tədrisinə 
xüsusi ehtiyac vardır. 
Fizikanın öyrənilməsi şagirdlərin məntiqi 
təfəkkürünü formalaşdırmaq, mühakimə və 
dərketmə qabiliyyətini yüksəltmək, nitqini inki-
şaf etdirmək üçün güclü vasitədir. Müşahidələrə 
qiymət vermək, eksperiment aparmaq, fiziki ha-
disələr arasında əlaqəni izah etməyi bacarmaq, 
nəticəni qabaqcadan duymaq, proqnozlar ver-
mək, fərziyyə və nəzəriyyələri eksperimentdə 
yoxlamaq məntiqi təfəkkürü inkişaf etdirir. Şa-
girdlər hadisənin, faktın, tərifin, qanunun yazılı 
və şifahi dildə düzgün şərhini verməklə nitqləri-
ni inkişaf etdirirlər. 
Fizika şəxsi keyfiyyətləri
 
formalaşdıran va-
sitədir
.
Ümumtəhsil məktəblərində fizikanın tədri-
si şagirdlərdə çoxlu şəxsi keyfiyyətlər formalaşdı-
rır. Bunlara dünyagörüşü, bilik, bacarıq, vərdiş, 
qabiliyyət, adət, iradə, əməksevərlik və s. aiddir. 
Ümumtəhsil məktəblərində fizika fənninin 
əsas məqsədi şagirdləri təbiət və texnikanın mü-
hüm qanunauyğunluqlarına aid elmi dünyagörü-
şünə yiyələndirməklə onlarda təfəkkür mədəniy-
yətini, kommunikativ mədəniyyəti inkişaf etdir-
məkdən, müasir texnologiyalarla işləmək qabi-
liyyəti formalaşdırmaqdan ibarətdir. Bu məqsə-
din həyata keçirilməsi aşağıdakı vəzifələrin 
reallaşdırılmasından asılıdır. 
Fizika elminin əsaslarına aid ən mühüm 
faktlara, qanunlara və onların praktikada tətbiqi-
nə dair anlayışların formalaşdırılması; 
– şagirdlərdə ölçü cihazları və laboratori-
ya avadanlıqları ilə işləmək, həmçinin, müxtəlif 
hesablamalar aparmaq, alınan nəticələri təhlil 
etmək bacarıqlarının formalaşdırması; 
– texniki yaradıcılıq və ixtiraçılıq qabiliy-
yətinin inkişaf etdirilməsi; 
– fizikanın ümumbəşəri mədəniyyətin tər-
kib hissəsi və cəmiyyətin sosial-iqtisadi inkişa-
fının əsas hərəkətverici qüvvəsi olması haqqın-
da təsəvvürlərin yaradılması; 
– dünyanın bütövlükdə dərk edilməsi və 
müasir fiziki mənzərəsi haqqında təsəvvürlərin 
formalaşdırılması; 
– digər təbiət fənlərinin öyrənilməsi üçün 
real zəminin yaradılması; 
– ümumi orta təhsil pilləsində təbiətdə baş 
verən fiziki hadisələrin mahiyyətinin, onların 
qanunauyğunluqlarının və maddi aləmin dərk 
olunması, maddələrin quruluşu, zaman və mə-
kan anlayışları əsasında fəza təsəvvürləri və em-
pirik təfəkkürün formalaşdırılması, cəmiyyətin 
sosial-iqtisadi inkişafında təbiət elmlərinin əsası 



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin