Tamilə Oqtay qızı Həsənova 138
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022 mənilər tərəfindən törədilmiş mülki azərbaycanlı-
ların soyqırımının 100 illiyinin beynəlxalq səviy-
yədə tanınması haqqında” fərman imzalandı. Bu
fərmanda ortaya çıxan tarixi faktlar 1918-ci ilin
mart-aprel aylarında və sonrasında erməni millət-
çiləri tərəfindən həyata keçirilmiş qanlı hərəkətlə-
rin coğrafiyasının daha geniş olduğunu və faciə
qurbanlarının sayının dəfələrlə çox olduğunu sü-
but etdi.
30 ilə yaxın qarşıdurma, nəhayət, hərb yo-
lu ilə həllini tapdı. Haqsız tökülmüş qan yerdə
qalmadı. Xocalı qurbanlarının qisası alındı. İndi
onların ruhu sakitləşə bilər ki, bu torpaqlarda
azərbaycanlı övladları gəzir. Nankor qonşuları-
mızı buradan artıq şanlı ordumuz qovub çıxarıb.
Lakin dünya ölkələri hələ ki, bu soyqırımlara öz
birmənalı münasibətlərini bildirməkdən vaz ke-
çirlər. Azərbaycan diasporu hər bir təmsil etdiyi
ölkələrdə saysız aksiyalar təşkil edir. Cavab –
sükutdur!
2020-ci il Üçlü Bəyannamənin imzalanması
nəticəsində tərəflərin hər birinə müəyyən mənfəət
qazandırsa da, bu Azərbaycan üçün psixoloji və
mənəviyyat baxımından əhəmiyyətli bir inkişaf
kimi qəbul edilə bilər. Eynilə, otuz ildir ki, “məğ-
lubiyyət” təzyiqi altında olan Azərbaycan 44 gün-
lük müharibəni qalib olaraq başa vurdu.
Növbəti dövrdə baş verəcək hadisələrin ge-
dişatını proqnozlaşdırmaq asan deyil. Bununla
yanaşı, bölgədə Rusiyanın aktiv söylədiklərinə
uyğun olaraq, bir sülh prosesinin başlanacağı eh-
timalı yüksəkdir. Azərbaycan milli maraqlara uy-
ğun hərəkət etmək, cərəyan edən hadisələri diq-
qətlə izləmək, icra prosesi, Rusiya və Türkiyə ilə
sıx dialoq və əməkdaşlıq şəraitində sülh prose-
sində nəzərə alınması vacib olan mövzulardır.
Şübhəsiz ki, Üçtərəfli Bəyannamənin gə-
tirdiyi sülh prosesi Azərbaycan xalqını tam qane
etməmişdir. Rusiyanın Qafqaz bölgəsində iki
yüz ildən artıq bir müddətdə davam edən müs-
təmləkə siyasətinə uyğun olaraq, strategiya və
taktikası formal olaraq dəyişsə də, keçmiş baxı-
mından o qədər də dəyişməyib: bölgənin de-
moqrafik quruluşunu pozmaq bölgədə yerləşə-
rək qalıcı olmağa çalışan hərbi güc yerləşdirmək
(qarşıdurma yaratmaq) üçün bəhanədir. Azər-
baycanın gələcəkdə bu kimi siyasətlərin icrası-
nın əleyhinə durması yalnız türk-islam ölkələri
ilə birlik sayəsində mümkün olmaqdadır.