Резюме.
Изменения требований к профессиям в современных условиях, а также появление но-
вых профессий привели к изменению требований к психологическим характеристикам, морально-
этическим качествам той или иной профессии. Новый взгляд на требования, принципы, нормы и яр-
лыки, регулирующие профессиональную деятельность специалистов, работающих в конкретных сфе-
рах деятельности, применительно к разным профессиям, имеет большое значение в подготовке спе-
циалистов и выборе профессии.
Ключевые слова:
профессиональные области, принцип, этикет, нравственный компонент,
практический психолог, специалист, личностные характеристики
Summary.
Changes in the requirements for professions in modern conditions, as well as the
emergence of new professions, have led to changes in the requirements for the psychological characteristics,
moral and ethical qualities of a particular profession. A new look at the requirements, principles, norms and
labels governing the professional activities of professionals working in specific fields of activity, given to
different professions, is of great importance in specialist training and career choice.
Key words:
professional areas, principle, etiquette, moral component, practical psychologist,
specialist, personal characteristics
Qızxanım Nizaməddin qızı Qəhrəmanova
54
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
Müxtəlif peşə sahəsində çalışan insanların
fəaliyyətini peşə prinsipləri və kodeksi ilə yana-
şı bir sıra psixoloji mexanizmlər tənzimləyir.
Çünki insan amilinin mövcud olduğu bütün sa-
hələrdə onun fəaliyyət və davranışı konkret psi-
xoloji qanunauyğunluqlara tabe olur. Mövcud
qanunauyğunluqların nəzərə alınmaması istər
peşə sahəsində, istərsə də konkret fəaliyyət nö-
vündə özünəməxsus çatışmazlıqlar ortaya çıxa-
rır. Başqa bir tərəfdən peşə keyfiyyətləri ilə psi-
xoloji keyfiyyətlərin eyniləşdirilməsi, həmçinin
bu sahədə yeniliklərin olmaması peşə seçimində
və peşə etikasında konkret mütəxəssisin hansı
prinsiplərə üstünlük verməsinə kifayət qədər çə-
tinlik törədir, nəzəri biliklərdən profilaktikaya
gedən yolda problem və çətinliklər yaradır.
Peşə etikasının bir elm kimi formalaşma-
sının kökləri qədimdir. Bu, ilkin əmək bölgü-
sündən başlayaraq, yeni peşələrin ortaya çıxma-
sına qədər uzun bir yol keçmişdir. Bu yolun çə-
tinliyi yaranan yeni peşələrə verilən tələblərin
işlənib hazırlanmasında və onun konkret pers-
pektivlərinin istiqamətlərinin aydınlaşdırılma-
sında özünü göstərir. Bu gün hər bir peşənin pe-
şə etikası və psixologiyası vardır. Bu iki cəhətin
vəhdətdə nəzərə alınmaması çox zaman yalnız
peşə etikasının birtərəfli qaydada inkişafına, ay-
rıca götürülmüş mütəxəssisin psixoloji keyfiy-
yətlərinin nəzərə alınmamasına yol açır. Digər
tərəfdən isə peşə etiketlərinə verilən tələblər hə-
min peşəyə verilən psixoloji tələbləri üstələyir
və unudulur ki, əsl peşəkarın və ya mütəxəssisin
üstünlük dərəcəsi bilik, bacarıq və vərdişlərin
formalaşması psixoloji mexanizmlərdən kənar-
da mümkün deyildir.
Müasir dövrümüzdə praktik psixologiya
sahəsində psixoloqun şəxsi keyfiyyətlərinin ma-
hiyyəti və strukturu, onun peşə etikası və peşə
əhəmiyyətli keyfiyyətləri aktual mövzulardan
birinə çevrilmişdir. Bütünlükdə psixoloqun şəx-
siyyəti və onun əxlaq komponenti haqda elmi
təsəvvürlər aşağıdakılarla səciyyələnir (1, 79):
1. Səmərəli praktik psixoloqun portretini
təşkil edən əsas şəxsiyyət keyfiyyətlərinin başa
düşülməsində fikir vəhdətinin olmaması;
2. Şəxsi keyfiyyətlər məcmusunun spesifi-
kasının elmi əsaslandırma olmadan geniş və dar
izahının müxtəlif qarşıdurmalarının bolluğu;
3. Psixoloqun peşə qabiliyyətlərinin məz-
mununun və onun fəaliyyətinin peşəkar səviy-
yələrinin başa düşülməsində ziddiyyətlər;
4. Vacib peşə keyfiyyətlərinin strukturlaş-
dırılmasının və onların insanlara psixoloji yar-
dım göstərilməsinin etik aspektləri ilə əlaqəsinin
əsaslandırılması;
5. Vacib peşə keyfiyyətlərinin “kortəbii”
xarakter daşıyan etik zənginliklə ayrılması,
məzmununa görə müxtəliflik, bəzən isə ziddiy-
yət təşkil etməsi.
Təsadüfi deyil ki, aparıcı peşə mütəxəssis-
lərindən olan V.A. Klimov peşə əhəmiyyətli
keyfiyyətlər haqqında danışarkən dəqiqləşdirirdi
ki, bütün insanlar öz şəxsi keyfiyyətlərinə görə
bir-birlərindən fərqlənirlər (2, s. 94). Onların
arasında elə keyfiyyətlər var ki, peşə əhəmiyyət-
li adlanır. Peşə əhəmiyyətli keyfiyyətlər tamlıq,
sistem yaradır. Əsası ondan ibarətdir ki, insan
praktik olaraq peşə hazırlığına və müvafiq əmək
fəaliyyətinə qoşulana qədər peşə yararlığına ta-
mamilə hazır ola bilməz. Buna əsaslanaraq əsas
peşə əhəmiyyətli keyfiyyətlər və onların başlan-
ğıcı yalnız sonradan fəaliyyət prosesində forma-
laşır və orada təkmilləşir.
Rus tədqiqatçısı V.D. Şadrikov peşə etika-
sı ilə bağlı fərqli konsepsiya təklif etmişdir.
Konkret peşə fəaliyyəti üçün xüsusiyyətlər spe-
sifik funksional sistemdə təşkil edilir. İnsan
fəaliyyətin bir növünü yerinə yetirənə qədər bu
funksional sistem və xüsusiyyətlərinin məcmusu
saxlanır, bu funksional sistemə “işləyən” qabi-
liyyətlər və vacib peşə keyfiyyətləri eynidir, in-
kişaf etməyə və təkmilləşməyə davam edir.
Funksional sistemin daxilindəki keyfiyyət-
lər arasında ayrı-ayrı, tək-tək əlaqələr artır, onun
əsasında şəxsiyyətin psixi, psixomotor proseslə-
rin, fiziki keyfiyyətlərin və xassələrinin qarşılıqlı
təsirinin mürəkkəb sisteminə malik olan konkret
peşə üçün bütöv sabit xassələr strukturu formala-
şır (3, s. 305). Doğrudur, bu funksional sistemdə
peşə etikasının komponenti zəif əks olunur. La-
kin peşəkar üçün vacib keyfiyyətlərin sabit siste-
mi diqqət mərkəzinə gətirilir.
Bundan başqa, peşənin mənimsənilməsi
prosesində əsas keyfiyyətlərin əvəz olunması
baş verir. Yəni, peşəkara çevrilmənin müxtəlif
mərhələlərində müxtəlif keyfiyyətlər maksimum
(minimum) inkişaf səviyyəsinə malik olmalıdır.
Peşəkarlıq zamanı bu keyfiyyətlərin strukturu-
nun komponentləri dəyişir. Bu və digər keyfiy-
yətlər qeyri-bərabər inkişafa malik olur. Beləlik-
lə, vacib peşə keyfiyyətləri peşə fəaliyyəti pro-
|