Programma real indd


Əhalisinin  sayı  75  min  nəfərdən  ibarət  olan  şəhərlərə  Bö-



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə19/99
tarix25.12.2016
ölçüsü1,54 Mb.
#2914
1   ...   15   16   17   18   19   20   21   22   ...   99
Əhalisinin  sayı  75  min  nəfərdən  ibarət  olan  şəhərlərə  Bö-

yük  Şəhər  statusu  veriləcək  və  muxtar  yerli  özünü  idarə  tət­

biq  olunacaq.  Muxtar  yerli  özünüidarə  hüququ  böyük  şəhər 

bələdiyyələrinin Ellərin tabeçiliyinə daxil olmadan birbaşa mərkəzi 

hökumətlə münasibətlərə malik olmasını nəzərdə tutur. Böyük Şəhər 

Bələdiyyələrini əhalinin bilavasitə seçdiyi Mer və Bələdiyyə Məclisi 

idarə edəcək;

Bakı  şəhərinə  xüsusi  yerli  özünüidarə  statusu  veriləcək  və 

Bakı Böyük Şəhər Bələdiyyəsi yaradılacaq. Bakı Meri və Məclisi 

birbaşa əhali tərəfindən seçiləcək. Bakı qəsəbələrinin bələdiyyələri 

paytaxt yerli özünü idarəetməsinin 1-ci pilləsini təşkil edəcək və Bakı 

Böyük Şəhər Bələdiyyəsi ilə tabeçilik münasibətlərinə malik olacaq. 

Bakı Böyük Şəhər Bələdiyyəsinin statusu və səlahiyyətlərilə bağlı 

məxsusi  qanun  qəbul  ediləcək.  Bakı  Böyük  Şəhər  Bələdiyyəsinin 

Məclisinin  orta  hesabla  100  nəfərdən  təşkil  edilməsi  nəzərdə  tu-

tulur. Paytaxtın bütün ərazilərinin maraqlarının Bakı Böyük Şəhər 

Bələdiyyəsinin  Məclisində  təmsil  olunması  üçün  Bakı  əraziləri 

və  qəsəbələri  üçün  onların  əhalisinin  sayına  proporsional  olaraq 

təmsilçilik norması müəyyən ediləcək;

Bələdiyyə Məclisləri majoritar qaydada keçirilən seçkilər, El və 

böyük şəhər bələdiyyələri isə ümumrespublika sisteminə uyğun ola-

raq qarışıq, yəni həm mütənasib, həm də majoritar üsulla keçirilən 

seçkilər vasitəsilə təşkil olunacaq.

Müxtəlif səviyyəli bələdiyyələr arasında səlahiyyət bölgüsü ay-

rıca müəyyən ediləcək. El yerli özünü idarəetməsi və Böyük Şəhər 

Bələdiyyələrinin  maliyyə  müstəqilliyi  təmin  olunacaq.  Konsti-

tusiyada  El  yerli  özünü  idarəetməsi,  şəhər  və  kənd  bələdiyyələri 

dövlət  hakimiyyətinin  tərkib  hissəsi  kimi  müəyyən  olunacaq. 

Mərkəzi hakimiyyət yerli və regional xarakterli bütün məsələlərin 

məsuliyyətini  yerli  seçkili  orqanların  üzərinə  qoyacaq.  Regional 




RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ

17

səviyyədə ərazi inkişafının planlaşdırılması, şəhərsalma planlarının 



hazırlanması,  regional  əhəmiyyətli  təhsil  və  səhiyyə  sistemlərinin 

idarə  olunması,  yerli  səviyyəli  iqtisadi  qərarların  qəbulu  Ellərin 

məsuliyyət  çərçivəsinə  daxil  ediləcək,  Ellər  bu  səlahiyyətlərin  ic-

rası  üçün  zəruri  maliyyə  resursları  ilə  təmin  olunacaq.  Ellərin 

ərazisində fəaliyyət göstərən hüquqi şəxslərin mənfəət və dövriyyə 

vergiləri  mərkəzi  büdcə  və  El  büdcələri  arasında  bölüşdürüləcək. 

Mərkəzi  hökumət  El  yerli  özünüidarəetməsinə  konkret  dövlət 

səlahiyyətlərinin icrasını həvalə etdikdə, onlara mərkəzi büdcədən 

məqsədli transfertlər ayıracaq.

Bir  şəhərin  və  kəndin  inzibati  sərhədləri  ilə  hüdudlanan  lokal 

xarakterli bütün sosial-iqtisadi və ekoloji məsələlərin həlli ilə bağlı 

qərar qəbulu bələdiyyələrin məsuliyyət çərçivəsinə daxil ediləcək. 

Həmin  səlahiyyətlərin  icrasını  təmin  etmək  üçün  dayanıqlı  vergi 

mənbələri  və  minimum  büdcə  təminatlılığı  mexanizmləri  hesabı-

na  bələdiyyələrin  zəruri  maliyyə  potensialının  formalaşdırılması-

na şərait yaradılacaq. Şəffaf və aydın meyarlar əsasında bələdiyyə 

büdcələrinə  mərkəzi  hökumətin  maliyyə  yardımlarının  ötürülməsi 

mexanizmləri hazırlanacaq.




Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin