Qorunan ərazilər. Qorunan ərazilər genişləndiriləcək və daha
effektiv idarəetmə nəzarət mexanizmləri tətbiq ediləcək. Bütün
Dövlət Qoruqları Milli Parklara çevriləcək. Bütün qorunan ərazilərə
vətəndaşların gəzinti və istirahət məqsədi ilə getməsinə şərait ya-
radılacaq. Milli parklara giriş şərtləri sadələşdiriləcək. Qorunan
ərazilərdə könüllülərdən ibarət düşərgələr təşkil ediləcək.
Biomüxtəliflik. Şəhərlərdə küçə heyvanlarına qayğı mərkəzləri
yaradılacaq.
İctimai nəqliyyat və ekoloji standartlar. Böyük şəhərlərdə, rayon
mərkəzlərində ictimai nəqliyyatı inkişaf etdirməklə fərdi nəqliyyata
olan tələbat azaldılacaq. Şəhərlərarası ictimai nəqliyyatın avtobus-
ların və qatarların keyfiyyəti yüksəldiləcək. Rayon mərkəzlərindən
bütün kəndlərə mütəmadi ictimai nəqliyyat təmin ediləcək. Taxi,
yükdaşıma, avtomobil icarə xidmətləri ilə məşğul olan sahibkarlıq
təşviq ediləcək.
Bu sadalananlar insanlarda fərdi nəqliyyata olan tələbatı azalt-
maqla yanacaq, material və əmək israfının qarşısını alacaq. Ve-
losipedin nəqliyyat vasitəsi kimi istifadəsinin genişləndirilməsi
üçün addımlar atılacaq. Növbəti 5 il üçün velosipedin (onun bütün
növlərinin) idxalına tutulan gömrük rüsumu ləğv ediləcək. Velosi-
ped satışı, təmiri, icarə və velosipedlə bağlı digər xidmətlərdən əldə
edilən gəlirdən tutulan vergilər ləğv ediləcək. Qısamüddətli dövr
üçün böyük şəhərlərdə və uzunmüddətli dövr üçün tələbata uyğun
olaraq bölgələrdə velosiped yolları salınacaq, velosiped dayanacaq-
ları quraşdırılacaq. Şəhərlərarası avtobus və qatarlarda velosipedlərin
daşınması üçün şərait yaradılacaq.
Çevrə maarifçiliyi. Məktəblərdə ekoloji biliklərin tədrisinin
genişləndirilməsi, şagirdlərə təbiətə sevgi və qayğı hisslərinin aşı-
lanması məqsədi ilə mütəmadi ekoturlar, düşərgələr, ekoloji ak-
siyalar təşkil ediləcək. Təhsil proqramının tərkib hissəsi olaraq o
RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ
PROQRAM LAYİHƏSİ
67
cümlədən ekologiya və digər təbiət elmləri üzrə həm yerli, həm xa-
rici elm mərkəzlərində ixtisaslı kadrlar hazırlanacaq, ixtisas artırma
treninqləri təşkil ediləcək. Qorunan və təbii zənginliyi ilə seçilən
ərazilərdə yaşayan insanlar bu istiqamətdə məlumatlandırılacaq.
Ekoturizmi inkişaf etdirərək insanların gəlir əldə etməsinə şərait
yaratmaqla ətraf mühitin qorunmasında yerli əhalinin fəal iştirakı
təmin ediləcək. Ekoloji maarifləndirmə ilə bağlı çap materialları-
nın, lövhələrin, videoçarxların, sənədli filmlərin və s. hazırlanması
dövlət tərəfindən maliyyələşdiriləcək
Sosial aktivlik. QHT sektorunun ekoloji proqramların hazırlan-
masında, həyata keçirilməsində iştirakı təşviq ediləcək. Dövlət eko-
logiya ilə bağlı qrant layihələri elan edəcək.
QANUN NƏŞRLƏR EVİ
Bakı, AZ 1102, Tbilisi pros., 76
Tel: (+994 12) 431-16-62; 431-38-18
Mobil: (+994 55) 212 42 37
e-mail: info@qanun.az
www.fb.com/Qanunpublishing
www.qanun.az