Kəndlərin siyasi statusunun dəyişilməsi üçün ilk növbədə
bələdiyyələr vasitəsilə kəndlərə özünüidarəetmə hüququ
veriləcək. Ədalətli və şəffaf bələdiyyə seçkiləri, hər bir kəndin re-
gional özünü idarəetmədə təmsilçilik yarışında, yəni El Məclislərinə
seçkilərdə iştirakı kəndlərdə ictimai-siyasi aktiv icmaların formalaş-
masına imkan verəcək.
Hökumətin kənd inkişafına yönəlik xüsusi strategiyası
işlənib hazırlanacaq. Kənd ərazilərinin iqtisadi potensialının ar-
tırılması, sosial və fiziki infrastrukturun yenidənqurulması, ekoloji
təhlükəsizliyinin təmin edilməsi həmin strategiyanın əsas hədəfləri
olacaq. Böhranlı kənd ərazilərinin inkişafına xüsusi yanaşma olacaq.
Kəndlərdə qeyri-kənd təsərrüfatı sahələrinin, ilk növbədə sənaye
sektorunun inkişafı təmin ediləcək. Kənd inkişafının təmin olunma-
sında yaradılacaq Bələdiyyə İnkişaf Fondu mühüm rol oynayacaq.
Dostları ilə paylaş: |