RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ
PROQRAM LAYİHƏSİ
65
məqsədi ilə istifadə edilməsinə icazə veriləcək. Qısamüddətli dövr
üçün bütün yaşayış məntəqələrində məişət tullantılarının idarə
edilməsi mərkəzləri yaradılacaq. Uzunmüddətli dövr üçün bütün
bölgələrdə məişət tullantıların toplanması, çeşidlənməsi və idarə
edilməsi infrastrukturu yaradılacaq, bu məsələlər bələdiyyələr vasitəsi
ilə həyata keçiriləcək. Neftlə çirklənmiş ərazilərin təmizlənməsi və
çevrə bərpa işləri üçün layihələr həyata keçiriləcək. Neft istehsalı ilə
məşğul olan şirkətlər qarşısında ciddi ekoloji tələblər qoyulacaq. Bü-
tün istehsal, təsərrüfat sahələrində tullantıların idarə edilməsi, aztul-
lantılı texnika və texnologiyaların tətbiqi ilə bağlı ciddi tələblər qo-
yulacaq. Məişət tullantıları ilə çirklənmiş ərazilərin, çay dərələrinin,
çimərliklərin, meşələrin təmizlənməsi həyata keçiriləcək.
Dostları ilə paylaş: