I. REAL CÜMHURİYYƏT
1.1. Hakimiyyətin təşkili
Hakimiyyət elə təşkil olunacaq ki, onun bir əldə cəmləşməsi,
hansısa şəxs, ya da qrup tərəfindən mənimsənilməsi, cəzasız sui-
istifadəsi mümkün olmasın. Bunun üçün bir neçə vacib ayırmalar
edəcəyik.
Mülkiyyəti hakimiyyətdən ayıracağıq. Özəl mülkiyyət fərdi və
ictimai inkişafın təməlidir, hakimiyyətin qanunsuz müdaxilələrindən
azad olunmalıdır. Hakimiyyət isə xalqındır, ona görə də varlı adam-
ların əlində alətə çevrilməməlidir. Hakimiyyətdə olanlar sahibkar-
lıqla heç bir şəkildə məşğul ola bilməyəcəklər, vəzifə maaşından,
sosial təminatından və qanunla nəzərdə tutulduğu hallarda, vəzifə
borclarını yerinə yetirmək üçün verilən imtiyazlardan başqa heç bir
maddi qazancları olmayacaq. Çox imkanlı mülkiyyətçilərin sosial
məsuliyyətini təşviq edən siyasət yürüdüləcək, müvafiq qaydalar və
təsisatlar yaradılacaq.
Dostları ilə paylaş: |