Dini siyasətdən ayrı tutacağıq. Cümhuriyyət mütləq dünyəvi ola-
caq. Müxtəlif dini inancları və dinə münasibətləri olan vətəndaşların
vergiləri hesabına yürüdülən siyasət heç bir dinə üstünlük verməməli,
dini icmalar arasında ayrı-seçkilik etməməlidir. Hakimiyyət dini
məsələlərə qarışmayacaq, qərarlarını dini mülahizələrə görə deyil,
dünyəvi qanunların tələblərinə görə verəcək. Dövlət büdcəsindən heç
bir dini tədbir, mərasim və/və ya təşkilat maliyyələşdirilməyəcək.
Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və layihələrdə dini
təbliğata yol verilməyəcək. Dini etiqad məsələsi hər bir vətəndaşın
təklikdə və ya başqaları ilə birlikdə etdiyi seçimdir. Hər kəs dinə
münasibətini rahat ifadə edə biləcək. Dövlət hamınındır, ona görə də
dövlət xidmətində heç kəsdən dinə münasibət soruşulmayacaq, heç
kəs dini etiqadına görə dəyərləndirilməyəcək. Dövlət xidmətində
çalışan vətəndaşlar arasında dinə münasibətini açıq ifadə etməyə üs-
tünlük verən olacaqsa, onlara, dövlət xidmətinə xələl gətirmədən,
dini etiqadlarından doğan ayinlərə riayət etmək azadlığı veriləcək.
Dostları ilə paylaş: |