Siyasəti idarəetmədən ayıracağıq. Siyasi məsuliyyəti və icra
intizamını təmin etmək üçün siyasi funksiyalarla inzibati funksiya-
lar arasında sərt bölgü olacaq. Siyasi vəzifələri inzibati vəzifələrdən
ayıracağıq ki, eyni adamlar həm siyasətlə, həm də idarəetmə ilə
məşğul ola bilməsinlər. Hakimiyyətin mənbəyi xalq olduğu üçün,
siyasi vəzifələr ancaq müxtəlif səviyyəli və mərhələli seçkilər
vasitəsilə əldə oluna biləcək. Siyasi vəzifələrin hamısı müvəqqəti
(növbəti seçkiyədək) olacaq. Siyasi vəzifələr seçkiləri qazanmış
partiyaların siyasətini yürütmək üçündür. Siyasi vəzifələri tutanların
məsuliyyəti seçicilərinə verdikləri vədlər və həmin vədlərdən do-
ğan öhdəliklər çərçivəsində müəyyən olunacaq. İnzibati vəzifələrin
məqsədi tam başqadır. Onlar idarəetməni həyata keçirmək üçündür.
İnzibati vəzifələri tutanlar siyasi partiyaların üzvü ola bilməyəcəklər
və heç bir siyasi məsuliyyət daşımayacaqlar. İnzibati vəzifələr daimi
olacaq. Siyasi hakimiyyətin dəyişməsi inzibati vəzifələri tutanların
dəyişdirilməsinə səbəb olmayacaq, bəhanə verməyəcək, imkan ya-
RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ
6
ratmayacaq. İnzibati vəzifələri tutanlar siyasi iradəyə və ya ictimai
rəyə deyil, yalnız qanuna tabe olacaqlar. Beləliklə, dövlət aparatı si-
yasi partiyaların və ideologiyaların hökmranlığı ehtimalından sığor-
talanmış olacaq. Dövlətin mülki və hərbi xidmətləri qərəzsiz olacaq.
Dostları ilə paylaş: |