RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ
PROQRAM LAYİHƏSİ
10
nunvericilik təşəbbüsü səlahiyyəti olmayacaq. Hökumət və ya büdcə
böhranı zamanı Prezidentin Milli Məclisi buraxıb, yeni parlament
seçkilərini təyin etmək səlahiyyəti olacaq. Prezident Ali Baş Koman-
dan səlahiyyətlərini həyata keçirəcək. Silahlı qüvvələr, kəşfiyyat və
əks-kəşfiyyat xidmətləri Prezidentə tabe olacaq. Bu səlahiyyətlərin
tətbiqini səmərələşdirmək, eləcə də sui-istifadə fürsətlərini azaltmaq
məqsədilə Prezidentin yanında Milli Təhlükəsizlik Şurası yaradıla-
caq. Milli Təhlükəsizlik Şurasının sədri Prezident olacaq. Fövqəladə
və ya hərbi vəziyyət zamanı ölkənin idarəsi (icra hakimiyyətinin
rəhbəri funksiyası) müvəqqəti olaraq Prezidentə veriləcək. Bu haqda
qərarı Milli Məclis qəbul edəcək.
Dostları ilə paylaş: