Nazirlər Kabineti. İcra hakimiyyətini Nazirlər Kabineti həyata
keçirəcək (hökumət). Nazirlər Kabineti parlament seçkilərində qa-
lib gəlmiş partiya tərəfindən formalaşdırılacaq. Heç bir partiyanın
parlamentdə yetərincə yer qazana bilmədiyi təqdirdə parlamentdə yer
almış partiyaların müştərək hökuməti qurulacaq. Müştərək hökuməti
qurmaq üçün danışıqları aparmaq səlahiyyəti, ilk olaraq, Prezident
tərəfindən parlamentdə hamıdan çox yer almış partiyaya veriləcək.
Danışıqları aparmaq səlahiyyəti ilə görəvləndirilmiş partiya, bunun
üçün ayrılmış müddət ərzində müştərək hökuməti qura bilməsə, Pre-
zident bu səlahiyyəti parlamentdə sıra ardıcıllığı ilə yer almış digər
partiyaya verəcək. Partiyalar müştərək hökumətin qurulmasına dair
anlaşmaya gələ bilməsələr, Prezident parlamenti buraxacaq və yeni
seçki təyin edəcək. Nazirlər Kabineti – kollegial icra hakimiyyəti
orqanı olacaq. Nazirlər Kabinetinin rəhbəri Baş nazir olacaq. Baş
nazir Nazirlər Kabinetinə təşkilatı rəhbərlik edəcək, amma təkbaşına
qərar verə bilməyəcək. Baş naziri Prezident rəsmən təyin edəcək,
amma onun seçim hüququ olmayacaq. Baş nazir vəzifəsi seçkilərdə
qalib gəlmiş və ya müştərək hökuməti qurmaq səlahiyyəti ilə
görəvləndirilmiş partiyanın rəhbərinə veriləcək. Digər nazirləri də
rəsmən Prezident təyin edəcək, amma Baş nazirin təqdimatı əsasında.
Prezidentin Baş nazir tərəfindən təqdim olunmuş namizədləri
rədd etmək səlahiyyəti olmayacaq. Nazirlər Kabinetinin üzvləri
RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ
11
ancaq millət vəkilləri arasından təyin olunacaqlar, parlamentdən
kənar hökumət üzvlüyü mümkün olmayacaq. Beləliklə, parlament
seçkiləri, həm də, dolayı hökumət seçkiləri olacaq. Nazirlər Ka-
binetinin siyasi kimliyi və kollektiv məsuliyyəti olacaq. Hər han-
sı bir nazirin yanlışlığına görə bütün kabinet məsuliyyət daşıyacaq
və bu məsuliyyət, yanlışlığın dərəcəsindən asılı olaraq, hökumətin
istefası ilə də nəticələnə biləcək. Nazirin, hər hansı bir səbəbdən,
partiya mənsubiyyətini və ya millət vəkili statusunu itirməsi, avto-
matik olaraq nazir vəzifəsinin itirilməsi ilə nəticələnəcək. Beləliklə,
hər bir nazir və bütövlüklə Nazirlər Kabineti üzərində həm partiya,
həm də parlament nəzarəti gücləndirilmiş olacaq. Baş nazirin iste-
fası Nazirlər Kabinetinin istefası ilə nəticələnəcək. Nazirlər Kabi-
neti dövlət büdcəsinin layihəsini parlamentə vaxtında təqdim edə
bilməsə və ya parlament bu layihəni yekun səsvermə nəticəsində
rədd edərsə, Nazirlər Kabineti avtomatik istefaya gedəcək. İstefaları
Prezident qəbul edəcək. İstefa vermiş hökumətin yerinə parlamentin
içindən yeni hökumət qurula bilməzsə, Prezident parlamenti buraxa-
caq və yeni seçkiləri təyin edəcək.
Dostları ilə paylaş: |