4.4. İxracat və yeni bazarlar
Azərbaycanın ixrac potensialının artırılması, ölkəmizin əlverişli
coğrafi mövqeyindən tranzit üçün geniş istifadə edilməsi, təkrar ixrac
və sərhədyanı bazarlarının qurulması üçün bütün imkanlardan istifadə
ediləcək. İxracat qarşısındakı süni baryerlər aradan götürüləcək, ix-
racat təşviq ediləcək, ixracatçılarımızın xarici ölkələrdə üzləşdiyi
problemlərin həllinə dəstək veriləcək. Həmçinin ixracatçılar xarici
bazarlardakı proseslər, konyunktur, inkişaf meylləri və proqnozlar
üzrə informasiya ilə təmin ediləcək.
Dostları ilə paylaş: |