Programma real indd


Pul­kredit  və  bank  siyasəti



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə89/99
tarix25.12.2016
ölçüsü1,54 Mb.
#2914
1   ...   85   86   87   88   89   90   91   92   ...   99
Pul­kredit  və  bank  siyasəti.  REAL  stimullaşdırıcı  pul-kredit 

siyasəti həyata keçirəcək, büdcə kəsirinin ÜDM-ə nisbətini 3%-dən 

aşağı  səviyyədə  saxlayacaq,  valyuta  bazarına  müdaxiləni  dayan-

dıracaq və sərbəst məzənnə siyasəti yürüdəcək. Bakı Banklararası 

Valyuta  Birjası  öz  statusuna  uyğun  olaraq  xarici  valyutaların  ma-

nata nisbətən məzənnəsinin sərbəst şəkildə, tələb və təklif əsasında 

müəyyən  edəcək.  Ucuz  kredit  bazarının  formalaşması  Mərkəzi 

Bankın  əsas  hədəflərindən  biri  olacaq.  Bu  məqsədlə  bank  sekto-

runun kredit resurslarına olan tələbatını qarşılamaq üçün hökumət 

mərkəzləşdirilmiş kredit resurslarının həcmini əhəmiyyətli dərəcədə 

artıracaq. 

Xarici  bank  kapitalının  ölkəyə  axınına  əngəllər  götürüləcək. 

Beynəlxalq Bank özəlləşdiriləcək. Sahə banklarının – İxrac Bankı, 

Aqrar Bank, Bələdiyyə Bankı və s. yaradılması təşviq olunacaq.

Fond  bazarının  inkişafına  hökumət  siyasi  və  texniki  dəstək 

verəcək. Fond bazarının inkişafı üçün, ilk növbədə, ölkədə rəqabətə 

davamlı sənaye, maliyyə-sığorta və bank müəssisələrinin səhmlərinin 

və başqa korporativ qiymətli kağızlarının real bazarı formalaşdırı-

lacaq;  həm  ölkə,  həm  də  dünyanın  fond  bazarlarında  fəaliyyətini 

quracaq  investisiya  fondlarının  formalaşmasına  şərait  yaradılacaq. 

Azərbaycanın  rəqabət  qabiliyyətli  və  perspektiv  müəssisələrinin 

qiymətli  kağızlarının  beynəlxalq  fond  bazarlarına  çıxması  təmin 

ediləcək. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin