RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ
PROQRAM LAYİHƏSİ
58
10 ildən sonra neft sektorunun ÜDM-də və ölkə ixracında yeri 25
faizi ötməyəcək, Azərbaycan xammal ölkəsindən yüksək texnoloji
məhsul istehsal və ixrac edən ölkəyə çevriləcək, ixrac məhsullarının
2/3-yə qədəri hazır məhsul istehsalı sahələrinin payına düşəcək.
Yerli sahibkarların xarici bazarlarda rəqabət qabiliyyətini qiymət-
ləndirmək üçün reytinqin hesablanması mexanizmi yaradılacaq. İldə
bir dəfə ölkənin aparıcı müəssisələrinin rəqabət qabiliyyətinə dair
rəsmi hesabat açıqlanacaq. Rəqabətə davamlı məhsulların xarici ba-
zarlarda təşviqi barədə proqramlar həyata keçiriləcək.
Hökumətin sənaye siyasəti ölkədə təhsil sisteminin bazarın
tələblərinə uyğunlaşdırılmasını təmin edəcək: peşə-ixtisas təhsili,
ixtisasartırma və yenidən ixtisaslaşma, habelə ali təhsilin mühüm
hissəsi klasterlərlə əlaqələndiriləcək. Texnoparkların, elm-sənaye və
sənaye-texnologiya mərkəzlərinin, sənaye təşkili zonalarının (çox-
lu sayda kiçik və orta ölçülü müəssisələrin bir ərazidə cəmləşərək
ortaq infrastruktur və institusional şərtlərdən faydalandığı istehsal
əraziləri) yaradılması təmin ediləcək.
Regionların balanslaşdırılmış, bir-biri ilə bağlı və qarşılıqlı inki-
şafını təmin edəcək ərazi xüsusiyyətlərini nəzərə alan regional və
regionlararası klasterlərin yaradılması stimullaşdırılacaq.
Dostları ilə paylaş: