Dini dəvət və vicdan azadlığı. Dinlər ona görə yayılır ki, istisnasız
olaraq bütün dinlərin əsas prinsiplərindən biri dəvətdir, yəni təlimin
təbliğidir. Dinlərin adeptləri onun sıralarının genişləndirilməsini və
öz inanclarının yayılmasını bu həyatdakı əsas vəzifələrindən biri
kimi görürlər. Dövlət dindarların bu hüququnu tanıyacaqdır.
Dövlət, ümumiyyətlə, hər bir vətəndaşın dinə münasibətilə bağlı
əqidəsini ifadə etmək və yaymaq hüququnu qəbul edir. Yəni dini
dəvət kimi konkret din əleyhinə, yaxud ümumən ateistik təbliğat
da demokratiyanın təməl prinsipi olan vicdan azadlığının tərkib
hissəsidir. Fəqət yalnız tolerant olanlara tolerant yanaşmaq mümkün
olduğundan, REAL nifrət təbliğatını məqbul hesab etmir.
Dostları ilə paylaş: |