IV REAL TƏRƏQQİ
4.1. İqtisadi siyasət
REAL inanır ki, Azərbaycanın ən mühüm resursu heç də təbiətin
bəxş etdiyi təbii ehtiyatlar deyil, bacarıqlı və təşəbbüskar qabiliyyətli
insanlarımızdır. İnsanımız ölkəmizin tərəqqisinin mənbəyi və
hərəkətverici qüvvəsidir.
Azərbaycanın dünyada “neftqaz ölkəsi” kimi deyil, “inno-
vasiyalar ölkəsi” kimi tanınmasına nail olunacaq. Bunun üçün
ölkə iqtisadiyyatı “təhsil-elm-texnologiya-istehsal-xidmət-məhsul-
bazar” zəncirini təşkil edən texnoloji və ya ərazi klasterləşmə siyasəti
əsasında inkişaf etdiriləcək. Ölkə iqtisadiyyatı fərqli məhsullar is-
tehsal edən və xidmətlər göstərən ayrı-ayrı sahələrin məcmusu deyil,
əlaqəli istehsal və xidmətləri birləşdirən, yerli və dünya bazarlarında
rəqabətə davamlı məhsul və xidmətlər yaradan klasterlərdən təşkil
olunacaq.
Dostları ilə paylaş: |