Programma real indd


Dövlətin  sahibkar  kimi  rolu  minimuma  endiriləcək



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə86/99
tarix25.12.2016
ölçüsü1,54 Mb.
#2914
1   ...   82   83   84   85   86   87   88   89   ...   99
Dövlətin  sahibkar  kimi  rolu  minimuma  endiriləcək.  Böyük 

özəlləşdirmə proqramı qəbul ediləcək, dövlət sektorundakı emal və 

xidmət  yönlü  müəssisələr  özəlləşdiriləcək.  Şəhərdaxili  nəqliyyat, 

eləcə  də  metropoliten  böyük  şəhər  bələdiyyələrinin  səlahiyyətinə 

veriləcək.  Kommunal  sektor  –  enerjipaylaşdırıcı  və  qazpaylaşdı-

rıcı  şəbəkələr,  içməli  su  təminatı,  kanalizasiya  xidmətləri,  məişət 

tullantılarının  emalı  sahələri  mülkiyyət  hüququ  dövlətdə  qalmaq 

şərtilə konsessiya müqavilələri əsasında özəl sektora uzunmüddətli 

idarəetməyə veriləcək. Hökumətin vəzifəsi kommunal xidmətlərin 

tariflərinin  tənzimlənməsi,  bu  xidmətlərin  keyfiyyətli  təşkili  üçün 

standartların  işlənməsi,  infrastrukturun  işlək  saxlanması  üçün 

nəzarət tədbirlərinin təşkili olacaq.




RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ

59

Dövlət şirkətləri yenidən strukturlaşdırılacaq, bu şirkətlərdə kor-



porativ  idarəetmə  tətbiq  ediləcək.  Onlar  kommersiya  prinsipləri 

əsasında  işləyəcəklər,  dövlətlə  bu  şirkətlər  arasında  münasibətlər 

müqavilə əsasında tənzimlənəcək. Dövlət şirkətlərinin idarə edilməsi 

üçün  müvafiq  hökumət  qurumlarının  təmsilçiləri,  menecerləri  və 

vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə Müşahidə Şurası for-

malaşdırılacaq.  Şirkətlərin  xalis  mənfəəti  üzərində  səhmdar  kimi 

hökumət (Maliyyə Nazirliyi) sərəncam verəcək.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin