RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ
PROQRAM LAYİHƏSİ
56
• Din və məzhəb fərqi gözləmədən vətəndaşlara eyni münasibət
göstərəcəkdir;
• İstənilən dini qrupun digərlərinə bərabər hüquqlu, lakin
fərqli baxışlar sisteminə malik həmvətəndaşlar kimi dözümlü
yanaşmasını təşviq edəcəkdir;
• Dini qurumların ölkənin sosial problemlərinin həllinə yönəl
miş xeyriyyəçilik fəaliyyətinin qurulmasına yardım edəcəkdir;
• İanə və dini vergilərin cəmiyyətdə ehtiyacı olanların xidmətinə
yönləndirilməsi üçün dini icmalarla koordinasiya işi qura-
caqdır;
• Mötədil dindarlara və dini qruplara ekstremizmə qarşı fəaliy
yətdə dəstək verəcəkdir;
• Cümhuriyyətdə dövlət təhsilinin dünyəviləşdirilməsi təməl
prinsipi sayılsa da, dini icmalara özəl ali və orta dini ixtisas
məktəbləri təsis etmək hüququ tanıyacaqdır. Bu məktəblərin
dövlətin müəyyən etdiyi qanun və standartlar əsasında yara-
dılıb fəaliyyət göstərməsini təmin edəcəkdir;
• Dini ədəbiyyatın idxalına qoyulan diskriminativ məhdudiy
yətləri qaldıracaqdır;
• 1992ci ildən sonra Din və Vicdan azadlığı haqqında qanuna
əlavə edilən düzəlişlərin əksəriyyətini vicdan azadlığına ciddi
məhdudiyyətlər qoyduğu üçün ləğv edəcəkdir;
• Dini Qurumlarla iş üzrə Dövlət Komitəsini ləğv edəcəkdir;
• Dini mərkəzlərin və qurumların zorla dindarlara səlahiyyətli
dini avtoritet kimi qəbul etdirilməsi praktikasından imtina
edəcəkdir. Bunun dindarın öz dini qaydaları ilə müəyyən
ləşdirilən hüququ olmasını tanıyacaqdır;
• “Ənənəvi və qeyriənənəvi” dinlər bölgüsündən imtina edə
cəkdir;
• Bağlanmış ibadət yerləri açılıb icmalara qaytarılmasını tə
min edəcəkdi.
RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ
PROQRAM LAYİHƏSİ
57
Dostları ilə paylaş: