Programma real indd



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə87/99
tarix25.12.2016
ölçüsü1,54 Mb.
#2914
1   ...   83   84   85   86   87   88   89   90   ...   99
Dövlət maliyyəsi. Büdcə Məcəlləsi qəbul ediləcək. Respublika 

büdcəsi əsasən vergi və rüsumlardan formalaşacaq, milli səviyyədə 

dövlət  xərclərinin  və  dövlət  investisiyalarının  maliyyələşməsinə 

yönələcək. Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən dövlət 

büdcəsinə  transfertlər  limitləşdiriləcək,  fonddan  ayrıca  infrastruk-

tur  və  s.  layihələrin  maliyyələşdirilməsi  dayandırılacaq.  Fondun 

gəlirlərinin qalan hissəsi isə aktivlərin artırılması məqsədilə effektiv 

idarə ediləcək.

Kölgə  iqtisadiyyatının,  uçotsuz  iqtisadi  əməliyyatların  aradan 

qaldırılması üçün effektiv və şəffaf vergi siyasəti yürüdüləcək. Vergi 

bazasından maksimum istifadə üçün vergi uçotu genişləndiriləcək, 

istehsal,  ticarət,  xidmət  sektorlarında  hər  bir  əməliyyat  uçotdan 

keçəcək və sənədləşdiriləcək.

Vergi  dərəcələrinə  yenidən  baxılacaq,  ƏDV-nin  dərəcəsi  azal-

dılaraq  sektorlar  və  regionlar  üzrə  diferensiallaşdırılacaq,  hüquqi 

şəxslərin  məcburi  sosial  sığorta  ayırmaları  ləğv  ediləcək.  Hər  bir 

vətəndaş, həmçinin dövlət qulluqçuları öz gəlirləri və əmlakı üzrə 

illik  vergi  bəyannaməsi  təqdim  edəcək.  Vətəndaşların  Şəxsiyyət 

Vəsiqəsinin nömrəsi avtomatik olaraq onların VÖİN-i kimi qeydə 

alınacaq.

Büdcə  siyasəti  nəticəyə  yönəlik  proqramlar  əsasında  maliyyə-

ləşməyə əsaslanacaq. Dövlət xərclərinin səmərəliliyinin artırılması 

və optimallaşdırılması üçün dövlət qurumları özlərinin strateji plan-

larına  əsasən  inkişaf  proqramları  hazırlayacaq  və  buna  əsasən  də 

büdcədən vəsait sifariş edəcəklər.



RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ

60

Dövlət  büdcəsinin  əsas  prioritetləri  təhlükəsizlik,  insan  kapita-



lının  inkişafı,  ölkə  infrastrukturunun  yenidənqurulması  və  sosial 

xidmətlərə çıxış imkanlarının genişləndirilməsi olacaqdır.

Dövlət investisiyalarının həcmi optimallaşdırılacaq, inkişaf proq-

ramları əsasında həyata keçiriləcək, yalnız iqtisadi və sosial faydası 

əsaslandırılmış layihələr maliyyələşdiriləcək. Dövlət investisiyaları 

milli və El səviyyəsində fiziki, sosial infrastrukturun, həmçinin in-

san kapitalının inkişafı üzrə layihələrə yönəldiləcək. Dövlət investi-

siya proqramlarının hazırlanması üçün vahid metodologiya və stan-

dartlar tətbiq ediləcək, proqramlar beynəlxalq maliyyə institutlarının 

siyasətləri ilə əlaqələndiriləcək.

Bakı  şəhərini  ölkənin  Qərb,  Şimal  və  Cənub  sərhədləri  ilə 

birləşdirən  dəmir  yolları  yenidən  qurulacaq.  İstər  ölkə  daxilində, 

istərsə  ölkədən  xaricə  tranzit  olaraq  sərnişin  və  yükdaşımaların-

da  dəmir  yollarından  geniş,  effektiv  istifadə  edilməsinə  dəstək 

veriləcək. Ayrıca olaraq ölkəmizin iri şəhərlərini coğrafi uyğunluq 

əsasında birləşdirən sürətli qatar xətlərinin tikilməsinə başlanılacaq.




Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin