İnsan hüquqları müvəkkili. İnsan haqları ombudsmanının sta-
tusu gücləndiriləcək və onun fəaliyyəti Paris prinsiplərinə tam uy-
ğunlaşdırılacaq. Ombudsman seçkiləri QHT-lər arasında keçiriləcək
və seçkilərin nəticələri formal olaraq Prezident tərəfindən təsdiq
ediləcək. Ombudsmanın səlahiyyətləri qanunla dəqiqləşdiriləcək.
Ombudsman – insan hüquqlarının vəziyyəti barədə hesabatlar hazır-
layacaq, bu barədə ictimaiyyəti, hökuməti və beynəlxalq qurumları
məlumatlandıracaq, hökumət qarşısında insan hüquqları sahəsində
çatışmazlıqların aradan götürülməsi məsələlərini qaldıracaq. O, İc-
timai televiziyaya maneəsiz çıxmaq, təhsil ocaqlarında insan hüquq
və azadlıqlarını təbliğ etmək, insan hüquq və azadlıqlarına aid qa-
nunvericilik prosesində ictimaiyyət adından hökumətlə danışıqlar
aparmaq, qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququna ma-
lik olacaq. İxtisaslaşmış müvəkkillər institutu tətbiq ediləcək və
müvəkkillər bu vəzifəyə yalnız bir dəfə seçilə biləcəklər.
Dostları ilə paylaş: |