Programma real indd


Seçkilərin ümumi təşkilini, seçkilərdə iştirak edəcək partiya-



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə23/99
tarix25.12.2016
ölçüsü1,54 Mb.
#2914
1   ...   19   20   21   22   23   24   25   26   ...   99
Seçkilərin ümumi təşkilini, seçkilərdə iştirak edəcək partiya-

ların qeydiyyatını və seçki xərclərinə nəzarəti Parlament qarşı-

sında hesabatlı olan muxtar səlahiyyətlərə malik üçpilləli seçki 

orqanları həyata keçirəcək. Mərkəzi seçki orqanının funksiyasına 

aşağı pilləli seçki orqanlarının normativ və maddi-texniki təminatı, 

aşağı pilləli seçki orqanlarının tərkibinin müəyyən edilməsi, propor-

sional seçkilərdə iştirak edən partiyaların qeydə alınması, proporsio-

nal seçkilər üzrə nəticələrin elan edilməsi daxil olacaq. Seçki orqan-



RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ

19

ları muxtar səlahiyyətə malik olduqlarından aşağı orqanların yuxarı 



orqanlara tabeçiliyi ləğv ediləcək və onların fəaliyyətinə məhkəmə 

nəzarəti həyata keçiriləcək (onların hərəkətindən məhkəməyə şikayət 

verilə biləcək). Mərkəzi seçki orqanının funksiyasına aid məsələlər 

(partiyaların proporsional seçkidə iştirakı üçün müraciəti və qeydiy-

yatı, aşağı seçki orqanlarının tərkibinin müəyyən edilməsi üçün püş-

katmanın keçirilməsi, proporsional seçkilər üzrə nəticələrin müəyyən 

edilməsi) avtomatlaşdırılacağından bu orqan formal səlahiyyətlərə 

malik olacaq. Bu səbəbdən REAL xüsusi seçki orqanı yaradılması 

təcrübəsindən imtina edəcək və mərkəzi seçki orqanının funksiyası-

nın həyata keçirilməsi Ədliyyə Nazirliyinə həvalə ediləcək.

Dairə və məntəqə seçki komissiyalarının tərkibi cari Parlament 

seçkilərində  iştirak  edən  siyasi  partiyaların  nümayəndələri  arasın-

dan  bərabər  şəkildə  formalaşdırılacaq.  Dairə  seçki  komissiyası  9 

(doqquz), məntəqə seçki komissiyası 7 (yeddi) nəfərdən ibarət ola-

caq.  Seçkilərdə  iştirak  edən  partiyaların  ümumi  sayı  dairə  və  ya 

məntəqə seçki komissiyalarının tərkib sayından (dairədə 9 üzvdən 

və  məntəqədə  7  üzvdən)  çox  olduğu  təqdirdə  partiyaların  təmsil 

edəcəkləri dairə və məntəqələr püşkatma yoluyla müəyyən ediləcək 

və  komissiyalarda  üzvlük  partiyalar  arasında  bərabər  şəkildə 

bölüşdürüləcək.  Püşkatma  nəticəsində  dairə  və  məntəqə  komissi-

yalarında təmsil oluna bilməyən partiyalara həmin komissiyalarda 

məşvərətçi  səslə  iştirak  imkanı  tanınacaq.  Seçkilərdə  iştirak  edən 

partiyaların  ümumi  sayı  dairə  və  ya  məntəqə  seçki  komissiyaları-

nın tərkib sayından az olduğu təqdirdə bir partiya 1 komissiyada 2 

nəfərdən artıq nümayəndə ilə təmsil olunmamaq şərti ilə komissi-

yalara üzvlük partiyalar arasında püşkatma yolu ilə bölüşdürüləcək. 

Dairə seçki komissiyasının funksiyasına majoritar seçkilər üzrə 

namizədlərin  qeydə  alınması  və  həmin  seçkilər  üzrə  nəticələrin 

elan edilməsi daxil olacaq. Məntəqə seçki komissiyalarının funksi-

yasına səsvermənin təşkil edilməsi, səslərin sayılaraq xüsusi elek-

tron  proqramlara  yerləşdirilməsi  daxil  olacaq.  Səsvermənin  ümu-



RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ

20

mi nəticələrinin hesablanması xüsusi elektron proqramlarla həyata 



keçiriləcək.  Bu  nəticələrin  hesablanması  Mərkəzi  seçki  orqanında 

quraşdırılmış monitorlardan görünəcək.




Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin