II REAL GÜVƏNC
2.1. Silahlı qüvvələr
Respublikaçı Alternativ Hərəkatı real güvəni Cümhuriyyətimizi
və vətəndaşlarımızı qoruyacaq peşəkar və çevik silahlı qüvvələrin
yaradılmasında görür. Ordu bizə təkcə Qarabağ siyasətinin aləti kimi
deyil, daha strateji, mövcudluq və maraqlarımızın müdafiəsi üçün də
lazımdır. Bu məqsədlə orduda əsaslı islahatlar həyata keçiriləcək.
Silahlı Qüvvələr quruculuğuyla bağlı strateji sənəd qəbul
ediləcək. REAL hesab edir ki, Azərbaycan Silahlı Qüvvələrinin
aydın quruculuq strategiyası olmalı və cəmiyyət bu barədə məlu-
matlandırılmalıdır. Strateji Müdafiə İcmalı hazırlanacaq və cəmiy-
yətə təqdim olunacaq. Bu sənəddə nəzərdə tutulan müddətdə orduda
həyata keçirilən islahatlar, dəyişikliklər öz əksini tapacaq.
Dostları ilə paylaş: |