NATOya üzvlük haqqında rəsmi müraciət ediləcək. REAL
Azərbaycanın NATO-ya üzv olmasını regional və qlobal səviy-
yələrdə təhlükəsizliyimizin zəmanəti hesab edir. Azərbaycan rəsmi
şəkildə NATO-ya üzvlük üçün müraciət edəcək və bununla bağlı
NATO rəhbərliyi ilə danışıqlara başlayacaq. Ölkəmizin NATO ilə
imzaladığı “Sülh Naminə Tərəfdaşlıq” proqramı və digər proq-
ramlar çərçivəsində üzərinə götürdüyü bütün öhdəlikləri sürətlə
həyata keçirəcək və ilk növbədə “Fərdi Tərəfdaşlığa dair Əməliyyat
Planı”nda əksini tapan islahatları yerinə yetirəcək və bu çərçivədə
əməkdaşlığın daha da genişləndirilməsi niyyətini ortaya qoyacaq.
Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə yaxından işti-
rak edəcək.
Dostları ilə paylaş: |