Mehriban qonşuluq siyasəti həyata keçiriləcək. Azərbaycan
qonşuları ilə münasibətini bir-birinin daxili işlərinə qarışmamaq,
qarşılıqlı hörmət və dostluq əsasında quracaq. Türkiyə ilə hərbi-
siyasi sahədə əməkdaşlıq genişləndiriləcək. REAL hesab edir ki,
Azərbaycanın ən yaxın müttəfiqi Türkiyə Cümhuriyyəti ilə strate-
ji əməkdaşlığımız daha yüksək səviyyədə qurulmalıdır. Türkiyə ilə
iş birliyimiz təkcə tarixi-mədəni köklərə və iqtisadi bağlara deyil,
daha çox paylaşdığımız çağdaş demokratik dəyərlərə əsaslanacaq.
Türkiyənin NATO-nun aktiv üzvlərindən biri olması onun ölkəmiz
üçün dəyərini ikiqat artırır. Türkiyəylə xarici siyasətimizi razılaşdı-
rılmış şəkildə həyata keçirmək üçün bütün maneələr aradan qaldırı-
lacaq. Türkiyə vətəndaşları üçün Azərbaycan vizası tələb olunma-
yacaq.
Ölkəmiz qonşu dövlətlərlə siyasi, iqtisadi, mədəni və humani-
tar əlaqələri genişləndirməyə, münasibətlərimizdə mövcud olan
problemləri aradan qaldırmağa çalışacaq. Rusiya Federasiyasın-
da yaşayan və fəaliyyət göstərən vətəndaşlarımızın durumu daima
diqqət mərkəzində olacaq. Gürcüstanda və İran İslam Respublikasın-
da yaşayan soydaşlarımızla mədəni əlaqələrimizi genişləndirməyə
səy göstəriləcək.
Dostları ilə paylaş: |