Bakı və İrəvan arasında danışıqlar. Ölkə başçıları və xarici
işlər nazirləri səviyyəsində həyata keçiriləcək Bakı-İrəvan danışıq-
larının bircə əsas mövzusu olacaq: Ermənistan ordusunun ölkəmizin
işğal altındakı ərazilərindən çıxarılması. Ermənistan bu ifadəyə qarşı
olduğu təqdirdə danışıqlar Ermənistanın öz vətəndaşlarını Qarabağa
hərbi xidmətə göndərməməyi mövzusunda aparılacaq. Dağlıq Qara-
bağın gələcək statusunun İrəvanla müzakirədə razılaşdırılması da-
nışıqlar mövzusu olmamalıdır, çünki Qarabağ hüquqi olaraq bizim
ərazi hesab olunur.
Dostları ilə paylaş: |