Azərbaycanın ATƏTin Minsk qrupu ilə dialoqu. Minsk qru-
pu ilə rəsmi Bakı Qarabağ münaqişəsi çərçivəsində yalnız regional
təhlükəsizlik mövzusunu müzakirə edəcək. Azərbaycan tərəfi olaraq
REAL iqtidarı dövründə miqyaslı hərbi əməliyyatlara başlanılmaya-
cağı təminatı veriləcək. Ermənistanın işğalçı siyasətini iqtisadi sank-
siyalar vasitəsilə cəzalandırılmasına üstünlük veriləcək.
Ermənistan bizim torpaq ərazilərimizi işğal etsə də, hava
məkanımız dövlətimizin nəzarətindədir. Ermənistanın hava məka-
nımıza daxil olma cəhdi hərbi əməliyyatların başlanması anlamı-
na gələcək və atəşkəsin pozulmasına görə üzərimizdən bütün mə-
suliyyəti götürəcək. Bununla yanaşı, Xocalı hava limanında yalnız
Azərbaycana məxsus nəzarət-keçid sistemi yaradıldığı təqdirdə
onun mülki məqsədlər üçün istifadəsi mümkündür.
Dostları ilə paylaş: |