Programma real indd


REAL  Qarabağ  probleminin  sülh  yolu  ilə  həll  olunması-



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə49/99
tarix25.12.2016
ölçüsü1,54 Mb.
#2914
1   ...   45   46   47   48   49   50   51   52   ...   99
REAL  Qarabağ  probleminin  sülh  yolu  ilə  həll  olunması-

na  tərəfdardır.  Qarabağa Azərbaycan  konstitusiyası  çərçivəsində 

özünüidarə imkanları tanınacaq və erməni əsilli vətəndaşlarımızın 

təhlükəsizliyinə  və  haqlarına  tam  təminat  veriləcək.  Bununla  ya-

naşı,  REAL  hesab  edir  ki,  Qarabağ  ərazisində  hər  hansı  xari-

ci  ölkənin  sülhməramlı  qüvvələrinin  yerləşdirilməsi  və  Qaraba-

ğın  Azərbaycandan  ayrılması  ilə  bağlı  hər  hansı  referendumun 

keçirilməsi  danışıqların  predmeti  ola  bilməz.  Azərbaycan  yalnız 

Avropa Birliyinin sanksiyalaşdırdığı və bu qurumun öz üzvlərinin 

formalaşdırdığı yüngül silahlanmış polis funksiyasını yerinə yetirən 

sülhməramlı  qüvvələrin  Qarabağ  ərazisində  yerləşdirilməsinə  razı 

ola bilər. Bu halda da ölkəmiz “sülhməramlı” qüvvələrin bölücülü-

yün təhlükəsizlik çətirinə çevrilməsinə imkan verməyəcək. 

Sülh sazişi imzalandıqdan sonra ağır silahlar ərazidən çıxarılacaq, 

məcburi köçkünlər daimi qeydiyyat yerlərinə köçürüləcək. Bununla 

yanaşı, Qarabağ ərazisində azad iqtisadi zona yaradılacaq, müharibə 

nəticəsində dağıdılan infrastrukturu tez bir zamanda bərpasına dövlət 

büdcəsindən yetərli maliyyə vəsaiti ayrılacaq, yerli əhaliyə geniş im-

tiyazlar tanınacaq.

Sülh danışıqlarının tərəfdarı olmaqla yanaşı REAL hesab edir ki, 

bu danışıqların həm formatı, həm məzmunu dəyişməlidir. ATƏT-in 

Minsk qrupu çərçivəsində həyata keçirilən danışıqlar tematik olaraq 

bir-birindən ayrılmalı və hər mövzuya görə siyasi cavabdehliyi olan 




RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ

32

şəxslər təyin edilməlidir. Beləliklə, REAL iqtidarı danışıqların dörd 



paralel xətlə aparılmasına çalışacaq. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin