Əlillərə münasibət. Dövlət əlillərin sosial müdafiəsi və reabili-
tasiyası istiqamətində davamlı proqramlar həyata keçirəcək. Uşaq-
lıqdan əlillərin, vətən uğrunda döyüşlərdə və dövlət qulluğunda
xidməti vəzifəsini həyata keçirərkən əlil olanların sosial müdafiəsi
və tibbi təminatı tam dövlətin üzərində olacaq.
Xəstəlikləri xüsusi sanitar-kurort müalicəsi tələb olunan əlillik
növlərinin siyahısı qanunvericiliklə müəyyən ediləcək və ildə bir
dəfədən az olmayaraq həmin şəxslərin sanitar-kurort müalicəsinin
təşkilini dövlət öz üzərinə götürəcək. Əlilliyi olan insanlar üçün
ixtisaslaşdırılmış reabilitasiya mərkəzləri yaradılaraq, onların
cəmiyyətin bütün sahələrinə inteqrasiyası intensivləşdiriləcək.
Şəhər və nəqliyyat infrastrukturu bütün növ əlilliyi olan insanla-
rın ehtiyaclarına uyğunlaşdırılacaq və bu sahədə aidiyyəti qurumla-
rın və şəxslərin dəqiq məsuliyyəti müəyyən ediləcək.
Əlilliyi olan insanlar dövlət hesabına müasir tələblərə cavab
verən və fərdi hərəkət müstəqilliyini təmin edən vasitələrlə: aktiv
tipli əlil arabaları, elektrik mühərrikli əlil arabaları, müasir protezlər,
eşitmə və görmə problemi olan insanlar üçün xüsusi vasitələr və
eləcə də əlilliyi olan insanlara qulluğu asanlaşdıran vasitələrlə təmin
ediləcək. Başlanğıcda həmin vasitələrlə təminatı tezləşdirmə
k məqsədilə uzunmüddətli və faizsiz bank kreditlərinin ayrılması
məsələsi nəzərdən keçiriləcək.
Əlilliyi olan insanların dövlət qulluğuna qəbul edilməsi üçün kvo-
ta müəyyən ediləcək və əlilliyi olan insanlar arasında müsabiqə
keçirməklə kvota üzrə dövlət qulluğuna qəbul həyata keçiriləcək.
Əlilliyi olan insanların məşğulluq probleminin həll edilməsinə
dəstək məqsədilə işəgötürənlərə iş yerlərində müvafiq şərait yarat-
ması üçün müəyyən güzəştlər nəzərdə tutulacaq.
Dostları ilə paylaş: |