Programma real indd


Ölkənin  səhiyyə  sistemi  dəlil  və  sübutlara  söykənən  tib-



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə60/99
tarix25.12.2016
ölçüsü1,54 Mb.
#2914
1   ...   56   57   58   59   60   61   62   63   ...   99
Ölkənin  səhiyyə  sistemi  dəlil  və  sübutlara  söykənən  tib-

bi  xidmətlərin  təşkili  və  icbari  tibbi  sığorta  modelinə  uy-

ğun  maliyyələşdirmənin  tətbiqi  əsasında  qurulacaq.  Əhaliyə 

göstərilən  tibbi  xidmətlərin  dəyəri  müvafiq  xidmətlərin  xarakteri, 

keyfiyyəti və dəyəri nəzərə alınmaqla tibbi sığorta sistemi vasitəsilə 

ödəniləcək.

İcbari tibbi sığorta əsasında ödənilən və dövlət təminatı verilən 

pulsuz tibbi xidmətlərin siyahısı (dəsti) dəqiq müəyyən ediləcək və 

bütün vətəndaşlara bərabər şərtlərlə təqdim ediləcək. Bütün işləyənlər 

işəgötürənlərin vəsaiti və özlərinin (işçilərin) əldə etdikləri gəlirləri 

hesabına icbari sığortalanacaq. İşləməyən vətəndaşların, uşaqların, 

təqaüdçülərin,  əlillərin  və  yoxsulluğa  meyilli  sosial  qrupların  tib-

bi sığortası dövlət tərəfindən təmin edilir. Xüsusi (sosial) xəstəlik 

və  əlillik  qrupları  üzrə  dövlət  təminatında  olan  vətəndaşlar  üçün 

əlavə xidmətlər siyahısı (dəsti) müəyyən ediləcək. Hərbi qulluqçu-

ların, müharibə əlillərinin və vətən qarşısında xüsusi xidmətləri ilə 

fərqlənən  şəxslərin,  16  yaşınadək  uşaqların  bütün  tibbi  xidmətləri 

tam dövlət təminatına (sığortasına) alınacaq. 

Dövlət  büdcəsindən  səhiyyənin  maliyyələşdirilməsinə  ayrılan 

vəsaitin məbləği illik ÜDM-in 5%-dən az olmayacaq və bu normativ 

hər ilin dövlət büdcəsinin planlaşdırılmasında mütləq gözləniləcək. 

İdarə  səhiyyəsi  (ayrı-ayrı  nazirliklərin  və  dövlət  qurumlarının 

tabeliliyində olan səhiyyə) ləğv ediləcək. Yalnız xüsusilə ağır və çox 

xərc tələb edən xəstəliklərin müalicəsi üzrə ixtisaslaşdırılmış-elmi 

tibb müəssisələrinə xüsusi status veriləcək. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin