ümum Azərbaycan proqramları vasitəsilə olacaqdır.
RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ
PROQRAM LAYİHƏSİ
44
Kitabxanalar sürətlə təhsil müəssisəsinə adekvat səviyyəyə çat-
dırılacaqdır. Təhsil müəssisələri beynəlxalq kitabxana sistemlərinə
qoşulacaqdır.
Təhsil müəssisələrinin binalarında pulsuz simsiz İnternet təchizatı
təmin ediləcəkdir.
Universitetlərin IT imkanları maksimum genişləndiriləcəkdir.
Universitetlər korporativ müqavilələrlə tələbələrinə və işçilərinə
istər kompüterlərin, istərsə də lisenziyalaşdırılmış proqramların
güzəştlə alınmasında yardımçı olacaqdır.
Təhsil müəssisələri işçilərinin tibbi sığorta əldə etməsi də müəs-
sisə tərəfindən bağlanan korporativ müqavilələrlə xeyli yüngülləş-
diriləcəkdir.
Dövlət təhsil müəssislərinin maliyyələşməsi bələdiyyə ayırmala-
rı, təhsil müəssisələrinin istehsalatla əlaqələri, dövlət qrantları, xari-
ci təhsil haqları və ianələr vasitəsilə həyata keçiriləcəkdir.
Özəl ali təhsil müəssisələrində hüquq və tibb fakültələrinin
təşkilinə qadağa aradan götürüləcəkdir.
Ali təhsil sisteminin keyfiyyəti üçün ən vacib şərtlərdən olan
müstəqil və etibarlı milli akkreditasiya sistemi təşkil olunacaqdır.
Universitetin əsas müvəffəqiyyət göstəricilərindən biri tələbələrin
məzun olduqdan sonra əmək bazarında ixtisasına uyğun işlə təmin
olunmasıdır. Buna görə də bütövlükdə məzunların iş həyatına maksi-
mum dərəcədə hazırlıqlı olması üçün universitet tələbələrinin təhsil
müddətində praktik iş təcrübəsi qazanması təmin ediləcək, əmək
bazarı yaxından öyrəniləcək, təhsil prosesi əmək bazarının dəyişən
tələblərinə uyğunlaşdırılacaq, işəgötürənlərlə sıx əlaqələr qurulacaq,
universitet nəzdində Karyera Mərkəzləri təsis edilərək tələbələrə iş
tapmaqda köməklik göstəriləcəkdir.
Universitetlərdə magistr və doktor təhsili alan tələbələr məvacib
müqabilində müvəqqəti tədris prosesinə cəlb olunacaqdır.
Universitetlərdəki texniki iş yerlərinə (məsələn, kitabxanalarda)
əsasən tələbələr cəlb ediləcəkdir.
Dövlət məktəblərinin şagirdlərin sayına uyğun olaraq maliyyələş-
məsi prinsipi tətbiq ediləcəkdir.
RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ
PROQRAM LAYİHƏSİ
45
Dostları ilə paylaş: