Müəllimlər öz mövqelərini sərbəst ifadə etmək hüququna ma-
lik olacaqlar. Onların istədikləri siyasi partiyaya üzv olmaq və siya-
si mövqe daşımaq hüquqları təhsil müəssisələri tərəfindən hörmətlə
qarşılanacaq, onlar vətəndaş mövqelərinə görə təzyiq və təqiblərə
məruz qalmayacaqlar. Lakin müəllimlər onlara verilən bu azad-
lıqdan sui-istifadə etməməli, öz mövqelərini şagirdlərə məcburiyyət
və ya mütləq mövqe kimi təqdim etməməli, öz mövqelərinin tədris
prosesinə sirayət etməsinə imkan verməməlidirlər. Müəllimlərin
təhsil müəssisələri tərəfindən təşkil edilmiş tədbirlərdə mövqelərinə
zidd olduğu üçün iştirakdan imtina etmək azadlığı var. Müəllimin əsas
vəzifələrindən biri şagird və tələbələrə sərbəst düşünməyi öyrətmək,
onların tənqidi və intellektual düşüncələrini inkişaf etdirməkdir;
Şagird və tələbələrin siyasi mövqelərini seçmək, dünyagörüşlərini
formalaşdırmaq azadlığı təmin olunacaq və təhsil aldıqları təhsil
müəssisələrində siyasi mövqelərinə, yaxud fərqli dünya baxışla-
rına görə təzyiq, təqib və ayrı-seçkiliyə məruz qalmalarına imkan
verilməyəcək. Şagird və tələbələrin təhsil müəssisələrində sərbəst
toplaşmaq, müxtəlif mövzularda müzakirələr aparmaq, tədbirlər
təşkil etmək azadlığı təmin olunacaq;
Təhsil müəssisələri dövlət tədbirlərində iştirak etmək və iştirak-
dan imtina etmək azadlığına malik olacaq. Bu təhsil müəssisələrinin
dövlət tərəfindən istismar edilməsi hallarının qarşısını alacaq və
təhsil müəssisələrinə müstəqil qərarvermə imkanı yaradılacaq.
Dostları ilə paylaş: |