Universitetlərin satdığı xidmətlər. Həm təhsil prosesinin
tərkib hissəsi olaraq, həm də tələbələrin gələcək iş həyatına ha-
zırlığı məqsədilə, universitetlərin öz nəzdində hüquq firma və
məsləhətxanaları təsis etməsi üçün şərait yaradılacaq. Bu firma və
məsləhətxanaların fəaliyyəti nəticəsində:
• Xüsusən əhalinin aztəminatlı hissəsi üçün güzəştli və ya qiy
mətdə daha münasib hüquqi xidmətlər göstəriləcəkdir;
• Təhsil müəssisələri əhalinin ədalətli mühakimə hüququnun
təmin edilməsinə öz töhfəsini verəcəkdir;
• Universitetin professormüəllim heyətinin və kənardan cəlb
olunmuş peşəkar hüquqşünasların rəhbərliyi altında hüquq
fakültəsinin tələbələri universitetdən məzun olana qədər də
yərli iş təcrübəsi və maddi qazanc əldə edəcəkdir;
• Universitetlər sahibkarlıq fəaliyyətindən müəyyən gəlir əldə
etmiş olacaqlar.
• Universitetlərdə tibb fakültələri və onların klinikalarının təş
kili üçün şərait yaradılacaqdır.
Pedaqoji fakültələr nəzdində də məktəbəqədər və ibtidai təhsil
xidmətləri göstərən müəssisələr təşkil olunacaqdır.
Universitetlərin öz atributlarını əks etdirən geyim və digər əşyaları
istehsal edib, satması ənənəsi yaradılacaqdır.
Universitetlərin şəhərcik (kampus) komplekslərinin yaradılma-
sına xüsusi önəm veriləcəkdir. Universitetlərin yerləşdiyi məkanın
həyat və biznes mərkəzinə çevrilməsi ənənəsinin yaradılmasına səy
göstəriləcəkdir.
Universitet həm təhsil, həm tədqiqat müəssisəsidir. Dövlət ali
təhsil müəssisələri dövlət maliyyəsi hesabına tədqiqat çəkisi ağır
olan təhsil müəssisələrinə çevriləcəkdir.
Ali təhsil müəssisələrinin işçilərinə tədqiqatlar aparmaq üçün
3 il tədris fəaliyyətindən sonra məvacibi ödənilməklə birillik aka-
demik məzuniyyətlər veriləcəkdir (bu mexanizm, sadəcə, nümunə
kimi göstərilir, prosesi tənzimləmək universitetlərin özlərinə həvalə
ediləcəkdir).
RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ
46
Elmi ezamiyyətə gedənlərə maddi vəsaitin ayrılması bərpa
ediləcəkdir.
Dostları ilə paylaş: |