Təhsilin əldə olunma pillələri:
– Dörd pilləli məktəb təhsili: Məktəbəqədər (6 yaşına qədər), ibti-
dai (1-4-cü siniflər), orta (5-8-ci siniflər) və yuxarı (9-12-ci siniflər);
– Köməkçi mütəxəssis diplomu ilə yanaşı bakalavr pilləsini 3-cü
kursdan başlamağa imkan verən ikiillik kolleclər;
– Bakalavr, magistr və doktor pilləli ali təhsil sistemi.
Təhsil müəssisələrinin növləri:
– İctimai (Dövlət);
– Özəl.
Təhsil müəssisələrinin akkreditasiyası. Təhsil müəssisələrinin
keyfiyyətinin artırılması məqsədilə onların idarəçilik məsuliyyəti
yerli səviyyəyə həvalə ediləcəkdir.
Yalnız El məclisləri, şəhər və kənd bələdiyyələri dövlət təhsil
müəssisələrinin təsisçisi və idarəçisi kimi çıxış edəcəkdir. Bu cür ya-
naşma təhsil müəssisələrinin prioritetlərini müəyyənləşdirərkən regi-
onal tələblərin daha optimal nəzərə alınmasına, yerli özünüidarənin
səlahiyyəti dairəsində olan təhsil müəssisəsinin imicinə görə
məsuliyyət daşımasına imkan verəcəkdir.
Təhsil müəssisələrinin akkreditasiyası ilk dövrlərdə beynəlxalq
akkreditasiya agentliklərinə həvalə olunacaqdır. Müəyyən müddət
təcrübə topladıqdan sonra müstəqil, özünün direktorlar şurası olan,
mümkün qədər çox sayda maraqlı tərəflərin iştirak etdiyi (o cümlədən
özəl sektor, müstəqil QHT-lər, müstəqil ekspertlər, Təhsil Nazirliyi
və sair) yeni bir akkreditasiya təşkilatı yaradılacaqdır.
Akkreditasiyalar iki tipli olacaqdır: təhsil və ixtisas standartları
əsasında.
Hər universitetin və fakültənin məqsədilə missiyası aydın olacaq-
dır. Bu missiyanı yerinə yetirərkən məqsədlərinə necə çatacağı aydın
göstəriləcəkdir. Bunun üçün öyrənmə işinin effektivliyi yoxlanıla-
caqdır.
RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ
47
İdarəetmə. Təhsil müəssisələrinin idarəolunması təcrübəli təhsil
menecerlərinə həvalə olunacaqdır.
Ali təhsil müəssisələrində təhsilin idarə olunması üzrə
mütəxəssislər hazırlayan “executive” magistr proqramları təşkil olu-
nacaq. Buna qədər kadr çatışmazlığını aradan qaldırmaq üçün ilkin
dövrdə namizədlər təhsil menecmenti sahəsində dünyanın aparı-
cı təhsil müəssisələrinə birillik “executive” magistr proqramlarına
göndəriləcəkdir.
Dövlət orta təhsil məktəblərinin rəhbərlərini El və şəhər təhsil
departamentləri təyin edəcəkdir.
Orta məktəblər hüquqi şəxsə çevriləcəkdir.
Ali təhsil məktəbləri və ikiillik kollecləri Hamilər Şurası idarə
edəcəkdir. Hamilər Şurası ali məktəbin rəhbərini təyin edəcəkdir.
Hamilər Şurasına namizədləri universitetin daxilində yaradılan ko-
missiya seçəcəkdir. Şuraya həmçinin regiondan Milli Məclisə seçilən
deputatlar, El, İcra Hakimiyyətinin, bələdiyyələrin rəhbərləri, bu
təhsil müəssisələrinə böyük ianələr vermiş xeyriyyəçilər də avtoma-
tik olaraq kooptasiya olunacaqdır.
Universitetlərin daxilində idarəetmə strukturu təkmilləşəcək,
tələbələrin, müəllimlərin və digər işçilərin birlik qurub idarəetmə
prosesinə təsir göstərməsinə şərait yaradılacaqdır. Rektor qərarvermə
prosesində bu qrupların rəyini nəzərə alacaqdır.
Hər universitetin akademik və professional kvalifikasiya stan-
dartları olacaq. Akkreditasiya qurumu bu standartların necə yerinə
yetirildiyini yoxlayacaqdır.
Ali təhsil qurumlarında müəllimlər ilk əvvəl sınaq müddətinə
işə götürüləcək. Bu sınaq müddəti əsasən 5 ili əhatə edəcəkdir.
Həmin müddətdə onlardan tələb edilən elmi və pedaqoji fəaliyyət
göstəriciləri müqavilələrində aydın göstəriləcəkdir. Bu müddəti
uğurla keçən müəllimlər təqaüdə çıxana kimi daimi işlə təmin
ediləcəklər. Müəllimlərin hər 5 ildən bir seçkiyə getməsi praktikası
ləğv ediləcəkdir.
RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ
48
Aktual elm sahələrinin inkişafını stimullaşdırmaq üçün maaşların
ixtisasa görə müəyyənləşməsi praktikasından istifadə ediləcəkdir.
Hərbi məktəblər istisna olmaqla bütün nazirliklərin və dövlət
şirkətlərinin təhsil müəssisələri ləğv olunacaqdır.
Təhsil Nazirliyi Cümhuriyyətin ümumi təhsil siyasəti, strateji və
metodiki məsələlərlə məşğul olacaq, bilavasitə inzibati idarəçilik
problemlərinə qarışmayacaqdır. Bununla belə, Təhsil Nazirliyi
təhsilin ölkə üzrə koordinasiyasını həyata keçirəcəkdir.
Dostları ilə paylaş: |