Programma real indd


Təhsilin əldə olunma pillələri



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə70/99
tarix25.12.2016
ölçüsü1,54 Mb.
#2914
1   ...   66   67   68   69   70   71   72   73   ...   99
Təhsilin əldə olunma pillələri: 

– Dörd pilləli məktəb təhsili: Məktəbəqədər (6 yaşına qədər), ibti-

dai (1-4-cü siniflər), orta (5-8-ci siniflər) və yuxarı (9-12-ci siniflər);

– Köməkçi mütəxəssis diplomu ilə yanaşı bakalavr pilləsini 3-cü 

kursdan başlamağa imkan verən ikiillik kolleclər;

Bakalavr, magistr və doktor pilləli ali təhsil sistemi.



Təhsil müəssisələrinin növləri:

– İctimai (Dövlət);

– Özəl.

Təhsil müəssisələrinin akkreditasiyası. Təhsil müəssisələrinin 

keyfiyyətinin  artırılması  məqsədilə  onların  idarəçilik  məsuliyyəti 

yerli səviyyəyə həvalə ediləcəkdir.

Yalnız  El  məclisləri,  şəhər  və  kənd  bələdiyyələri  dövlət  təhsil 

müəssisələrinin təsisçisi və idarəçisi kimi çıxış edəcəkdir. Bu cür ya-

naşma təhsil müəssisələrinin prioritetlərini müəyyənləşdirərkən regi-

onal tələblərin daha optimal nəzərə alınmasına, yerli özünüidarənin 

səlahiyyəti  dairəsində  olan  təhsil  müəssisəsinin  imicinə  görə 

məsuliyyət daşımasına imkan verəcəkdir.

Təhsil  müəssisələrinin  akkreditasiyası  ilk  dövrlərdə  beynəlxalq 

akkreditasiya  agentliklərinə  həvalə  olunacaqdır.  Müəyyən  müddət 

təcrübə topladıqdan sonra müstəqil, özünün direktorlar şurası olan, 

mümkün qədər çox sayda maraqlı tərəflərin iştirak etdiyi (o cümlədən 

özəl sektor, müstəqil QHT-lər, müstəqil ekspertlər, Təhsil Nazirliyi 

və sair) yeni bir akkreditasiya təşkilatı yaradılacaqdır. 

Akkreditasiyalar iki tipli olacaqdır: təhsil və ixtisas standartları 

əsasında. 

Hər universitetin və fakültənin məqsədilə missiyası aydın olacaq-

dır. Bu missiyanı yerinə yetirərkən məqsədlərinə necə çatacağı aydın 

göstəriləcəkdir. Bunun üçün öyrənmə işinin effektivliyi yoxlanıla-

caqdır. 



RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ

47

İdarəetmə. Təhsil müəssisələrinin idarəolunması təcrübəli təhsil 

menecerlərinə həvalə olunacaqdır. 

Ali  təhsil  müəssisələrində  təhsilin  idarə  olunması  üzrə 

mütəxəssislər hazırlayan “executive” magistr proqramları təşkil olu-

nacaq. Buna qədər kadr çatışmazlığını aradan qaldırmaq üçün ilkin 

dövrdə  namizədlər  təhsil  menecmenti  sahəsində  dünyanın  aparı-

cı təhsil müəssisələrinə birillik “executive” magistr proqramlarına 

göndəriləcəkdir. 

Dövlət  orta  təhsil  məktəblərinin  rəhbərlərini  El  və  şəhər  təhsil 

departamentləri təyin edəcəkdir. 

Orta məktəblər hüquqi şəxsə çevriləcəkdir.

Ali  təhsil  məktəbləri  və  ikiillik  kollecləri  Hamilər  Şurası  idarə 

edəcəkdir.  Hamilər  Şurası  ali  məktəbin  rəhbərini  təyin  edəcəkdir. 

Hamilər Şurasına namizədləri universitetin daxilində yaradılan ko-

missiya seçəcəkdir. Şuraya həmçinin regiondan Milli Məclisə seçilən 

deputatlar,  El,  İcra  Hakimiyyətinin,  bələdiyyələrin  rəhbərləri,  bu 

təhsil müəssisələrinə böyük ianələr vermiş xeyriyyəçilər də avtoma-

tik olaraq kooptasiya olunacaqdır.

Universitetlərin  daxilində  idarəetmə  strukturu  təkmilləşəcək, 

tələbələrin,  müəllimlərin  və  digər  işçilərin  birlik  qurub  idarəetmə 

prosesinə təsir göstərməsinə şərait yaradılacaqdır. Rektor qərarvermə 

prosesində bu qrupların rəyini nəzərə alacaqdır.

Hər  universitetin  akademik  və  professional  kvalifikasiya  stan-

dartları olacaq. Akkreditasiya qurumu bu standartların necə yerinə 

yetirildiyini yoxlayacaqdır.

Ali  təhsil  qurumlarında  müəllimlər  ilk  əvvəl  sınaq  müddətinə 

işə  götürüləcək.  Bu  sınaq  müddəti  əsasən  5  ili  əhatə  edəcəkdir. 

Həmin müddətdə onlardan tələb edilən elmi və pedaqoji fəaliyyət 

göstəriciləri  müqavilələrində  aydın  göstəriləcəkdir.  Bu  müddəti 

uğurla  keçən  müəllimlər  təqaüdə  çıxana  kimi  daimi  işlə  təmin 

ediləcəklər. Müəllimlərin hər 5 ildən bir seçkiyə getməsi praktikası 

ləğv ediləcəkdir. 



RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ

48

Aktual elm sahələrinin inkişafını stimullaşdırmaq üçün maaşların 



ixtisasa görə müəyyənləşməsi praktikasından istifadə ediləcəkdir.

Hərbi  məktəblər  istisna  olmaqla  bütün  nazirliklərin  və  dövlət 

şirkətlərinin təhsil müəssisələri ləğv olunacaqdır.

Təhsil Nazirliyi Cümhuriyyətin ümumi təhsil siyasəti, strateji və 

metodiki  məsələlərlə  məşğul  olacaq,  bilavasitə  inzibati  idarəçilik 

problemlərinə  qarışmayacaqdır.  Bununla  belə,  Təhsil  Nazirliyi 

təhsilin ölkə üzrə koordinasiyasını həyata keçirəcəkdir.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin