Elm sahəsində əlavə tədbirlər. Azərbaycan Elmlər Akademiyası
(AMEA) ali təhsil müəssisəsinə çevriləcəkdir.
Universitet və kolleclərdə siyasi təbliğat naminə deyil, əsl
beynəlxalq elmi tədbirlərin keçirilməsinə köməklik göstəriləcəkdir.
Qabaqcıl alimlərin özlərinin mütəmadi seminarlarının təşkili üçün
şərait yaradılacaqdır.
İkinci doktorluq pilləsi köhnə sistemlə yeni sistemin uğursuz gib-
ridi kimi ləğv ediləcək, post-doc elmi tədqiqat sisteminin tətbiqinə
və inkişaf etdirilməsinə xüsusi önəm veriləcəkdir.
İkinci doktorluq pilləsinin aradan götürülməsi PhD-si olan
şəxslərin mütəmadi olaraq aktual elmi dərəclərlə çıxış etməsini sti-
mullaşdıracaqdır. PhD-si olan tədqiqatçıların elmi məhsuldarlığında
və uğrunda fərqin meyarı, həmçinin də elm və təhsil müəssislərinə
işə götürülərkən əsas şərt məhz elmi dərəcələr olacaqdır.
Ali Attestasiya Komissiyası ləğv ediləcəkdir, elmi adların verilməsi
məhz təhsil pilləsi kimi məntiqi olaraq birbaşa universitetlərə həvalə
olunacaqdır.
Bir ali təhsil müəssisəsindən doktorluq adı almış şəxsin növbəti
3-5 ildə həmin müəssisədə işləməsinə məhdudiyyət qoyulacaqdır.
Bu addım elmi ideyaların, iş yerlərinin ölkə daxilində hərəkətliliyini
və mübadiləsini təmin etmək, həm də bütün ölkə ərazisində elm və
təhsilin eyni dərəcədə inkişafına şərait yaratmaq üçün atılacaqdır.
İndiki qeyri-effektiv Elmi Müdafiə Şuraları sistemi ləğv
ediləcəkdir. Bilavasitə müdafiə olunan mövzu üzrə məlumatlı
mütəxəssislərdən ibarət maksimum 6-7 nəfərlik birdəfəlik elmi şu-
ralar yaradılacaqdır.
Elmi adların klassifikasiyası və həmçinin bu adların verilməsi
üçün nəzərdə tutulan prosedur zamanı ixtisasların fərqliliyi nəzərə
alınacaq, formal unifikasiya qətiyyən prioritet olmayacaqdır.
RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ
50
Müdafiə prosesini ifrat dərəcədə uzadan bürokratik sistem ləğv
olunacaqdır. Müdafiə üçün elmi dərəcələr tələbi götürüləcəkdir.
Yuxarıda qeyd edildiyi kimi dərəcələr yalnız bilavasitə elm və
təhsil müəssisələrində işləmək üçün müraciət etmiş doktorluğu olan
şəxslərdən tələb edilən başlıca meyara çevriləcəkdir.
Elmin İnkişafı Fondu təkmilləşdiriləcək, fəaliyyətindəki siyasi
qərəzə və formallığa son qoyulacaq, yalnız real əhəmiyyəti olan,
aktual araşdırmalara ədalətli seçim əsasında kifayətedici həcmdə
qrantlar ayrılacaqdır.
3.4. Mədəniyyət
REAL Azərbaycanın mədəni gələcəyini ölkəmizin dünyaya
açılmasında görür. Mədəniyyət sahəsində dövlət siyasətinin əsas
məqsədi həm milli mədəniyyətimizi dünyaya tanıtmaq, həm də
vətəndaşlarımızın mədəni zövqünü inkişaf etdirmək və zəngin-
ləşdirmək olacaq. Yaradıcı insanların və müəssisələrin professional
fəaliyyətinə dövlətin müdaxiləsi aradan götürüləcək, mədəniyyət
sahəsində azad və sağlam rəqabət mühiti yaradılacaq, sahibkarlıq
təşviq olunacaq.
Dostları ilə paylaş: |