Programma real indd


Mədəniyyət  sahəsinin  maliyyələşdirmə  siyasəti



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə74/99
tarix25.12.2016
ölçüsü1,54 Mb.
#2914
1   ...   70   71   72   73   74   75   76   77   ...   99
Mədəniyyət  sahəsinin  maliyyələşdirmə  siyasəti.  Dövlətin 

mədəniyyət sahəsində büdcə xərcləri Avropada ən yuxarı həddə çat-

dırılacaq. Lakin REAL-ın mədəniyyət sahəsində maliyyə siyasətinin 



RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ

51

əsas prioriteti mədəniyyət qurumlarının tədricən bazar iqtisadiyyatı 



şərtlərinə uyğunlaşmasını təmin etməkdir. Son nəticə olaraq, yalnız 

prioritet hesab edilən sahələrin milli kitabxana, əsas dövlət muzeyləri 

və arxivləri, Azərbaycan Opera və Balet Teatrı, Azərbaycan Dövlət 

Dram Teatrı, Azərbaycan Dövlət Simfonik Orkestrinin saxlanması 

üçün dövlətin birbaşa və tam maliyyələşdirilməsi həyata keçiriləcək. 

Yerli İdarəetmələr inkişaf etdikcə yerli əhəmiyyətli (diyarşünas-

lıq)  muzeylər,  kitabxanalar,  yerli  teatrların  saxlanması  üçün  birə-

bir  qarşılıqlı  maliyyələşdirmə  prinsipi  ilə  yerli  bücələrə  məqsədli 

transfertlər ediləcək.

Digər  mədəniyyət  sahələrində  birbaşa  maliyyələşdirmə  yalnız 

ədalətli müsabiqələr nəticəsində udulan qrantlar formasında olacaq. 

Qrant  formasında  maliyyələşdirmə  mədəniyyət  subyektlərinin  ba-

zar iqtisadiyyatı şəraitinə uyğunlaşması üçün birə-bir və ya birə-iki 

prinsipi  ilə  qismən  dövlət,  qismən  isə  müstəqil  resurslar  hesabına 

həyata keçiriləcək. Belə qrantlarda dövlət büdcəsindən ayrıla biləcək 

məbləğin ən yuxarı həddi müəyyən ediləcək. 

Bəzi mədəniyyət obyektlərinin (ev muzeyləri, abidələrin və sairə) 

saxlanması üçün dövlət, yerli büdcələr, bu sahədə maraqlı olan fond-

ların (və ya ictimai təşkilatların) iştirakı ilə birgə maliyyələşdirilməsi 

siyasəti  çəkiləcək.  Bu  ev  muzeylərin,  abidələrin  saxlanması  üçün 

maraqlı olan fondlara və ya təşkilatlara subsidiyalar ayrılacaq.

Festival, sərgi və digər kütləvi mədəniyyət tədbirlərinin keçirilməsi 

üçün dövlət və sponsor təşkilatı arasında qarşılıqlı maliyyələşdirmə 

barədə partnyor sazişi imzalanacaq. Tədbirin keçiriləcəyi ilk ildə (və 

ya illərdə) maliyyələşdirmə birə-bir prinsipi ilə həyata keçiriləcək, 

daha sonrakı illərdə dövlətin maliyyələşdirmədəki payı azaldılacaq. 

Xüsusi tələbatı olan mədəniyyət sahələrinin inkişafı üçün fond-

lar  yaradılacaq.  Bu  fondlar  tətbiq  olunacaq  xüsusi  vergilər,  vergi 

əlavələri, reklam, lotereya və sairə fəaliyyətlərdən daxilolmalar he-

sabına formalaşdırılacaq. 




Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin