Yaradıcılıq azadlığı təmin ediləcək. REAL hesab edir ki, ya-
radıcılıq azadlığının təmin olunması üçün mədəniyyət siyasətin
alətinə çevrilməməlidir. Dövlət mədəniyyət sahəsində fəaliyyət
göstərən professional təşkilat və birliklərin fəaliyyətinə müdaxilə
etməyəcək, onlardan heç birinə nə formal, nə faktiki xüsusi sta-
tus tanımayacaq. Dövlət Mədəniyyət yaratmayacaq, mədəniyyəti
qiymətləndirməyəcək. Sovet keçmişimizin qalığı hesab etdiyi-
miz “xalq artisti”, “əməkdar artist”, “əməkdar mədəniyyət işçi-
si” və bu kimi dövlət adlarının verilməsi təcrübəsi ləğv ediləcək.
REAL mədəniyyət siyasətinin əsasını mədəniyyət subyektlərinin
dəstəklənməsindən daha çox, onların məhsul və xidmətlərinə
tələbatın stimullaşdırılması təşkil edəcək.
Dostları ilə paylaş: |