Beynəlxalq elmtəhsil sisteminə inteqrasiya. Beynəlxalq elm
və təhsil sisteminə inteqrasiya Azərbaycanda biliyin və elmin inki-
şafı üçün mühüm tələbdir. Buna görə də bizim təhsil müəssislərinin
xaricdəki aparıcı elm və təhsil müəssisələri ilə formal deyil, real
əməkdaşlığının yaradılması məqsədilə əlverişli şərtlər formalaşdırı-
lacaqdır.
Digər ölkələrin elmi müəssisləri ilə əməkdaşlığa, birgə tədqiqat
layihələrinə və buna həvəsləndirmə metodlarına xüsusi diqqət ayrı-
lacaqdır.
Elm və təhsil əməkdaşlığı naminə beynəlxalq layihələrdə iştirak
edənlərə maksimum imkanlar tanınacaq və imtiyazlar veriləcəkdir.
Mübadilə proqramlarında iştirak istər texniki, istərsə də ictimai
elmlər üçün tələbə çevriləcəkdir.
Xaricdə təhsil proqramları genişləndiriləcək, insan kapitalının
həlledici əhəmiyyəti nəzərə alınaraq bu məsələ ümdə prioritet ola-
caqdır.
İlk növbədə xarici ali məktəblərdə fəaliyyət göstərən azərbay-
can lıların ən əlverişli şərtlərlə ölkədə təhsil sisteminin quruculuğuna
cəlb edilməsi prioritetə çevriləcəkdir.
Ümumiyyətlə, xarici universitetlərdə təhsil almış azərbaycanlı
mütəxəssislərin ölkədəki təhsil sisteminə cəlb edilməsinə çalışıla-
caqdır.
Xaricdən mütəxəssislərin bizim universitetlərə ali təhsil müəssi-
sələrinin öz vəsaitləri hesabına qonaq professor, yaxud qonaq
tədqiqatçı qismində cəlb edilməsi praktikası genişləndiriləcəkdir.
RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ
49
Təhsil bazarı xarici universitetlərə açılacaq, xarici təhsil müəs-
sisələrinin Azərbaycanda bölmələrinin açılmasına şərait yaradıla-
caqdır.
Dostları ilə paylaş: |