Programma real indd


Təhsil müəssisələrinin maddi­texniki təchizatı və maliyyələş­



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə68/99
tarix25.12.2016
ölçüsü1,54 Mb.
#2914
1   ...   64   65   66   67   68   69   70   71   ...   99
Təhsil müəssisələrinin maddi­texniki təchizatı və maliyyələş­

məsi.  Universitetlərin  büdcəsi  şəffaf  və  ictimaiyyətə  açıq  olacaq. 

Gəlir və xərclər kateqoriyalar üzrə şəffaf şəkildə göstəriləcəkdir. 

Mərkəzi hakimiyyətin ali təhsil müəssisələrinə yardımı müxtəlif 

dövlət  sifarişlərinin  maliyyələşməsinə,  ölkədə  ümumi  təhsil 

səviyyəsinin  yüksəldilməsinə,  əhalinin  aztəminatlı  hissəsinin, 

həmçinin  təhsildən  nisbətən  kənarda  qalmış  təbəqələrinin  prosesə 

cəlb  olunmasına  yönəlik  tədbirlər  çərçivəsində  həyata  keçirilən 

ümum Azərbaycan proqramları vasitəsilə olacaqdır.

Universitetlərin məqsədlərinə görə, ayrıca dövlət tələbatına uy-

ğun elmi araşdırmalara görə büdcədən pul ayrılacaqdır. 

Dövlətdən  maliyyələşən  universitetlərə  “uğura  görə  maliyyə-

ləşmə” modeli tətbiq ediləcək. Uğur göstəriciləri sırasına məzunların 

sayı,  onların  işlə  təmin  olma  faizi,  elmi  araşdırmaların  sayı  və 

keyfiyyəti, həmçinin ali məktəbin yaratdığı iqtisadi təsir kimi amillər 

daxil ediləcəkdir.

Müəllimin  əməkhaqqı  həm  onun  cəmiyyətin  elitası  kimi  qəbul 

edilməsini təmin edən əsas şərtlərdəndir, həm də cəmiyyətin müəl-

limlik  peşəsinə  verdiyi  dəyərin  göstəricisidir.  Buna  görə  də  təhsil 

işçisinin  maaşının  həcmi  onun  yuxarı  orta  təbəqə  səviyyəsində 

təminatına şərait yaradacaqdır. 

Təhsil  müəssisəsi  həm  də  qabaqcıl  texnologiya  mənbəyidir. 

Təhsil müəssisələrinin maddi-texniki bazası daim müasir tələblərə 

cavab verəcəkdir.



RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ

44

Kitabxanalar sürətlə təhsil müəssisəsinə adekvat səviyyəyə çat-



dırılacaqdır. Təhsil müəssisələri beynəlxalq kitabxana sistemlərinə 

qoşulacaqdır.

Təhsil müəssisələrinin binalarında pulsuz simsiz İnternet təchizatı 

təmin ediləcəkdir.

Universitetlərin  IT  imkanları  maksimum  genişləndiriləcəkdir. 

Universitetlər  korporativ  müqavilələrlə  tələbələrinə  və  işçilərinə 

istər  kompüterlərin,  istərsə  də  lisenziyalaşdırılmış  proqramların 

güzəştlə alınmasında yardımçı olacaqdır.

Təhsil müəssisələri işçilərinin tibbi sığorta əldə etməsi də müəs-

sisə tərəfindən bağlanan korporativ müqavilələrlə xeyli yüngülləş-

diriləcəkdir.

Dövlət təhsil müəssislərinin maliyyələşməsi bələdiyyə ayırmala-

rı, təhsil müəssisələrinin istehsalatla əlaqələri, dövlət qrantları, xari-

ci təhsil haqları və ianələr vasitəsilə həyata keçiriləcəkdir.

Özəl  ali  təhsil  müəssisələrində  hüquq  və  tibb  fakültələrinin 

təşkilinə qadağa aradan götürüləcəkdir. 

Ali  təhsil  sisteminin  keyfiyyəti  üçün  ən  vacib  şərtlərdən  olan 

müstəqil və etibarlı milli akkreditasiya sistemi təşkil olunacaqdır. 

Universitetin əsas müvəffəqiyyət göstəricilərindən biri tələbələrin 

məzun olduqdan sonra əmək bazarında ixtisasına uyğun işlə təmin 

olunmasıdır. Buna görə də bütövlükdə məzunların iş həyatına maksi-

mum dərəcədə hazırlıqlı olması üçün universitet tələbələrinin təhsil 

müddətində  praktik  iş  təcrübəsi  qazanması  təmin  ediləcək,  əmək 

bazarı yaxından öyrəniləcək, təhsil prosesi əmək bazarının dəyişən 

tələblərinə uyğunlaşdırılacaq, işəgötürənlərlə sıx əlaqələr qurulacaq, 

universitet nəzdində Karyera Mərkəzləri təsis edilərək tələbələrə iş 

tapmaqda köməklik göstəriləcəkdir.

Universitetlərdə magistr və doktor təhsili alan tələbələr məvacib 

müqabilində müvəqqəti tədris prosesinə cəlb olunacaqdır.

Universitetlərdəki texniki iş yerlərinə (məsələn, kitabxanalarda) 

əsasən tələbələr cəlb ediləcəkdir.

Dövlət məktəblərinin şagirdlərin sayına uyğun olaraq maliyyələş-

məsi prinsipi tətbiq ediləcəkdir.



RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ

45


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin