RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ
PROQRAM LAYİHƏSİ
42
cümlədən akkreditasiyadan və nəticələrə yönəlmiş maliyyələşdirmə
mexanizmlərindən səmərəli istifadə ediləcəkdir.
Bundan əlavə, qəbul zamanı abituriyentlərin istəmədiyi fakül-
tələrə yönləndirilməsi praktikasından imtina ediləcəkdir. Bakalavr
pilləsində eyni zamanda iki ixtisas almağa şərait yaradılacaqdır. Ma-
gistr təhsilini almaq üçün bakalavrlara geniş ixtisas seçimi imkanları
veriləcəkdir.
Təhsil sahəsində əyalətlərlə paytaxt arasında kəskin fərqlərin, o
cümlədən əhalinin ali təhsil almaq imkanları baxımından mövcud
olan ciddi qeyri-bərabərliyin aradan götürülməsi üçün dövlət bir
tərəfdən əyalətlərdə müasir universitet kampuslarının yaradılmasına
önəm verəcək, digər tərəfdən də əyalətlərdən Bakıya təhsil almağa
gələn tələbələr üçün adekvat şərait yaradacaqdır.
Dostları ilə paylaş: