3.3. Elm və Təhsil
Azərbaycan insanı ölkənin ən başlıca resursu və kapitalıdır.
Bu ölkə onundur, onun üçündür və ondan asılıdır. Azərbaycan in-
sanının inkişafı ölkənin inkişafı deməkdir. Bilikli insanlardan for-
malaşmış cəmiyyət davamlı inkişafın əsas şərtidir. Bilikli insan
həm də təminatlı insandır. Buna görə də Azərbaycan cəmiyyətinin
maariflənməsi REAL-ın əsas prioritetlərindəndir. Bu zaman 3 stra-
teji məsələnin həlli ümdə önəm daşımaqdadır:
• Keyfiyyətli Azərbaycan milli təhsil sisteminin formalaşması;
• Əhalinin bütün sosial, etnik, gender, dini və s. qruplara bu
keyfiyyətli təhsil prosesinə eyni cəlbetmə imkanlarının yara-
dılması;
• Təhsilin və beləliklə ölkənin elmi və texnoloji cəhətdən qa-
baqcıllığının təmin edilməsi.
Bu strateji məqsədlərə yetişmək üçün ölkənin indiki tənəzzül
vəziyyətində olan təhsil sisteminin köklü islahatlara ehtiyacı vardır.
Dostları ilə paylaş: |