Gənclərin mənzil təminatı üçün tətbiq edilən ipoteka mexa-
nizmi təkmilləşdiriləcək. Gənclərə, hərbçilərə və təhsil, səhiyyə
və elmi sferada çalışanlara ilkin ödənişsiz ipotekanın verilməsi,
həmin təbəqədən olan şəxslərin ipoteka ilə aldığı mənzillərin
qiymətləndirmə və sığortalanma xərclərinin hökumət tərəfindən
kompensasiya edilməsi təmin olunacaq.
3.2. Sağlamlıq
REAL hesab edir ki, hər bir vətəndaşın sağlamlığı, bütövlükdə
ölkə əhalisinin sağlamlığının mühüm şərti olmaqla, insanın tam
dəyərliliyinin (mükəmməlliyinin) və imkanlar potensialının müəy-
yənedici amilidir. Ölkə əhalisinin sağlamlıq vəziyyətinin səviyyəsi
isə ölkənin sosial-iqtisadi, mədəni və industrial inkişafının həlledici
göstəricilərindən biridir. Buna görə səhiyyə həm də dövlətin iqtisadi
tərəqqi doktrinasının ayrılmaz hissəsidir.
Əhalinin sağlamlığının təmin edilməsi dövlətin qarşısında du-
ran başlıca vəzifələrdən biri olmaqla, onun həllinə görə məsuliyyət
dövlət, biznes, vətəndaş cəmiyyəti və ailə (hər bir vətəndaş) ara-
sında bölünür. Bunun üçün ölkəmizdə hələ sovet dövründən qal-
ma mövcud səmərəsiz və bədxərc səhiyyə sistemi köklü şəkildə
dəyişdiriləcək. Ölkədə icbari tibbi sığorta modelinə və zəruri dövlət
təminatına əsaslanan elə bir səhiyyə sistemi formalaşdırılacaq ki, tib-
bi xidmətlərin ümumi əlçatanlığı, keyfiyyəti, vaxtında göstərilməsi
və varisliyi təmin edilsin. Ölkədə geniş iştirakçılıq şəraitində va-
hid səhiyyə və sağlamlıq siyasəti işlənib hazırlanacaq və hökumət
tərəfindən həyata keçiriləcək.
RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ
39
Ölkənin səhiyyə sistemi və səhiyyə siyasəti xəstəliklərin müalicəsi
ilə yanaşı ölkədə xəstəliklərin baş vermə hallarının qarşısını ala
biləcək qabaqlayıcı-profilaktik işlərin gücləndirilməsinə və əhaliyə
vaxtında keyfiyyətli ilkin, təcili tibbi yardımın göstərilməsinə
yönləndiriləcək. Tibb elminə qayğıya xüsusi önəm veriləcək.
Dostları ilə paylaş: |