RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ
PROQRAM LAYİHƏSİ
40
Tibb işçilərinin əməyinin ödənişi müqavilə əsasında, ədalətli
şəkildə həyata keçiriləcək. Tibb mütəxəssislərinin fəaliyyəti lisen-
ziyalaşdırma əsasında həyata keçiriləcək. Lisenziyaların verilməsi
tədricən İxtisaslaşdırılmış Ekspert Şuraları (bunlar Səhiyyə
Nazirliyinə tabe olmayacaq) tərəfindən həyata keçiriləcək.
Tibb müəssisələrinin lisenziyalaşdırılması və akkreditasi-
yası həyata keçiriləcək. Bütün səhiyyə müəssisələrinin idarəetmə
və maliyyə muxtariyyəti təmin ediləcək. Dövlət və özəl səhiyyə
müəssisələrinin fəaliyyətinin bərabər şərtləri təmin ediləcək.
İdarəetmədə şəffaflığın təmin edilməsi üçün vətəndaş cəmiyyətinin
(icmaların) iştirakçılığı təmin ediləcək.
Əhali arasında sağlam həyat tərzinin təbliği üçün ictimai səhiy-
yənin və profilaktika işlərinin gücləndirilməsi təmin ediləcək.
Profi laktika və peyvənd işləri xüsusi proqramlar əsasında dövlət
tərəfindən tam şəkildə maliyyələşdiriləcək.
Dostları ilə paylaş: