Ölkənin səhiyyə sistemi dəlil və sübutlara söykənən tib-
bi xidmətlərin təşkili və icbari tibbi sığorta modelinə uy-
ğun maliyyələşdirmənin tətbiqi əsasında qurulacaq. Əhaliyə
göstərilən tibbi xidmətlərin dəyəri müvafiq xidmətlərin xarakteri,
keyfiyyəti və dəyəri nəzərə alınmaqla tibbi sığorta sistemi vasitəsilə
ödəniləcək.
İcbari tibbi sığorta əsasında ödənilən və dövlət təminatı verilən
pulsuz tibbi xidmətlərin siyahısı (dəsti) dəqiq müəyyən ediləcək və
bütün vətəndaşlara bərabər şərtlərlə təqdim ediləcək. Bütün işləyənlər
işəgötürənlərin vəsaiti və özlərinin (işçilərin) əldə etdikləri gəlirləri
hesabına icbari sığortalanacaq. İşləməyən vətəndaşların, uşaqların,
təqaüdçülərin, əlillərin və yoxsulluğa meyilli sosial qrupların tib-
bi sığortası dövlət tərəfindən təmin edilir. Xüsusi (sosial) xəstəlik
və əlillik qrupları üzrə dövlət təminatında olan vətəndaşlar üçün
əlavə xidmətlər siyahısı (dəsti) müəyyən ediləcək. Hərbi qulluqçu-
ların, müharibə əlillərinin və vətən qarşısında xüsusi xidmətləri ilə
fərqlənən şəxslərin, 16 yaşınadək uşaqların bütün tibbi xidmətləri
tam dövlət təminatına (sığortasına) alınacaq.
Dövlət büdcəsindən səhiyyənin maliyyələşdirilməsinə ayrılan
vəsaitin məbləği illik ÜDM-in 5%-dən az olmayacaq və bu normativ
hər ilin dövlət büdcəsinin planlaşdırılmasında mütləq gözləniləcək.
İdarə səhiyyəsi (ayrı-ayrı nazirliklərin və dövlət qurumlarının
tabeliliyində olan səhiyyə) ləğv ediləcək. Yalnız xüsusilə ağır və çox
xərc tələb edən xəstəliklərin müalicəsi üzrə ixtisaslaşdırılmış-elmi
tibb müəssisələrinə xüsusi status veriləcək.
Dostları ilə paylaş: |