Təhsilin keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırıla-
caq. Bütün pillələrdə təhsilin keyfiyyətinin təmin olunması, statis-
tika naminə saxtakarlıqlardan imtina edilməsi, verilən diplomların
müvafiq təhsil pillələrinə uyğun real bilik və bacarıqları əks etdirən
etibarlı sənədə çevrilməsi qarşımızda duran mühüm vəzifələrdəndir.
Təhsil prosesinin təşkili, mühazirələrdən tutmuş qiymətləndirməyə
qədər dünyanın qabaqcıl universitetlərinin təcrübəsi əsasında qu-
rulacaqdır. “Milli mənəvi dəyərlər”, “özünəməxsusluq” bəhanələri
ilə təhsilin keyfiyyətinə xələl gətirəcək improvizasiyalara yol
verilməyəcəkdir.
Dostları ilə paylaş: |