RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ
PROQRAM LAYİHƏSİ
52
Mədəniyyət qurumlarının kommersiya fəaliyyətinin inkişafı ilə
onların maliyyələşdirilməsində dövlət zəmanəti ilə, güzəştli bank
kreditlərinin verilməsinə şərait yaradılacaq.
Mədəniyyət sahəsində güzəştlər və təşviq siyasəti. Mədəniyyət
sahəsinin inkişaf vəziyyətindən asılı olaraq yaradıcı fəaliyyətlə
məşğul olacaq işçilərə vergi güzəştləri (vergidən azad olma, aşağı
vergi dərəcələri, vergi növünün seçilməsi və sairə) tətbiq ediləcək.
Mədəniyyət sahəsində fəaliyyət göstərən sponsorlara xüsusi ver-
gi siyasəti tətbiq ediləcək. Mədəniyyət sahələrinə dövlət qazanc
mənbəyi kimi yanaşmayacaq. Dövlətin mədəniyyət sahəsindən əldə
edəcəyi gəlir, yalnız mədəniyyət sahəsinə xərclənəcək.
Dostları ilə paylaş: